“FINCA Azerbaijan” Qeyri Bank Kredit Təşkilatının illik maliyyə hesabatına əsasən, “FINCA Azerbaijan” QBKT 2021-ci il ərzində 2 milyon 612 min AZN məbləğində xalis mənfəət əldə etməklə, şirkətin son illər ərzində malik olduğu müsbət yönlü gəlirlilik tendensiyasını qoruyub saxlaya bilib.
2021-ci il ərzində “FINCA Azerbaijan” təşkilatı əksəriyyəti kənd yerlərində yaşayan müştərilərə 42 milyon AZN məbləğində yeni kreditlər təqdim edib və bununla da özünün kredit portfelini 62%-ə kimi artırıb. Ölkə üzrə müxtəlif bölgələrdə əlavə filialların yaradılması da biznesdəki bu artıma öz töhfəsini verib. “FINCA Azerbaijan” 2022-ci il ərzində də öz əməliyyatlarının effektivliyini artırmağa davam etməyi və cari ildə regional filialların sayını 22-dən 28-yə çatdırmağı planlaşdırır.
“FINCA Azerbaijan” 2021-ci il ərzində müştərilərlə yaxından işləyərək, onlara bizneslərini çətin mikro və makro iqtisadi şəraitə uyğunlaşdırmağa kömək etmişdir. Dünyada hökm sürən Covid-19 pandemiyası və Vətən müharibəsinin müştərilərin biznesinə mümkün təsirini azaltmaq üçün zərərçəkmiş sahibkarlara kreditlərin uyğun şərtlərlə restruktruzasiyası təklif edilib.
“FINCA Azerbaijan” Qeyri Bank Kredit Təşkilatının illik maliyyə hesabatı