21-12-2021

“FINCA Azerbaijan” Şabranda fəaliyyətə başladı!

“FINCA Azerbaijan”ın 2021-ci ildə açdığı sayca beşinci filialı olan Şabran filialı həm Şabranda, həm də Siyəzən və Xızıda yaşayan müştərilərimizə, xüsusilə kənd yerlərindən olan və maliyyəyə çıxışı daha məhdud olan insanlara maliyyə xidmətlərini daha əlçatan, daha sürətli edəcək.

Şabran filialı Şabran şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10A ünvanında yerləşir (Meşə idarəsi ilə üzbə – üz). Filialın 055 251 69 10 nömrəsi isə həm zəng, həm də WhatsApp ilə bütün müştəri sorğularını cavablayır.

“FINCA Azerbaijan” 2021-ci ildə filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində 4 yeni filial açaraq ofislərinin  ümumi sayını 21-ə çatdırıb.  “FINCA Azerbaijan” 2022-ci ildə də regionlarda yaşayan insanların biznes və təsərrüfatının inkişafına dəstək olmaq üçün regionlarda filiallarının sayını artırmağı planlaşdırır.

Qeyd edək ki, “FINCA Azerbaijan” ticarət, istehsal, xidmət sahələri, eləcə də kənd təsərrüfatı üzrə kreditlər təklif edir. Müştərilər kredit müraciətlərini 055 455 29 29, 050 705 29 29 nömrəsinə zəng etməklə, Whatsapp nömrəsinə yazmaqla, eləcə https://bit.ly/32loI7S keçidinə daxil olmaqla onlayn edə bilərlər.