19-02-2025

Server otağının yenilənmə işlərinin icrası üzrə tender

Hörmətli xanım/bəy,

FINCA Azerbaijan” MM QBKT mikromaliyyə və bank sektorunda lider təşkilatlardan biridir.  Təşkilat gəlirli biznes fəaliyyətini təşviq etmək üçün bütün ölkə üzrə fəaliyyət göstərən kiçik bizneslərə kredit məhsulları ilə xidmət göstərir. 1998-ci ildə fəaliyyətə başlayan FINCA Azerbaijan beş qitədə, 2,8 milyondan çox müştərini əhatə edən FINCA Impact Finance’ın 18 bank və mikromaliyyə təşkilatlarından ibarət qlobal şəbəkənin bir hissəsidir. “FINCA Azerbaijan” MM QBKT-nin fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək üçün https://finca.az/ saytına daxil ola  və ya  rəsmi sosial media hesablarını izləyə bilərsiniz.

FINCA Azerbaijan öz fəaliyyətini Bakı şəhərində yerləşən baş ofis eyni zamanda Azərbaycanın şəhər və rayonlarında yerləşən 25 filialında davam etdirir. Peşəkar işçi heyəti ilə “FINCA Azerbaijan” MM QBKT ölkənin aparıcı maliyyə qurumlarından biridir.

Təşkilat Server otağının yenilənmə üzrə tender elan edir. Bu məktuba əlavə edilən tender təklifi sənədində satın alınacaq xidmətin texniki parametrləri, nümunələri və digər məlumatları, o cümlədən göndəriləcək təklifin tələb olunan şablonu təqdim edilir.

Tenderdə iştirak üçün tələb olunan sənədlər:

  • Tender təklifi (tender zərfləri açıldıqdan sonra ən azı 30 iş günü müddətində qüvvədə olmalıdır)
  • Şirkətin hüquqi sənədlərinin surətləri (vergi şəhadətnaməsi, nizamnamə, reyestrdən çıxarış və s.)
  • Əməkdaşlıq etdiyiniz şirkətlərin adları və tövsiyyə məktubları
  • Malların və xidmətlərin mövcudluq durumu və çatdırılma tarixi
  • Ödəniş şərtləri haqqında məlumat
  • Mal və xidmətin qiymətləri və şirkətin vergi ödəyici növünü göstərərək bütün vergilər daxil olmaqla ümumi xərclər
  • Zəmanət şərtləri və etibarlılıq müddəti

 

Qiymət təklifinizi 07 mart 2025-ci il, saat 17:30 -a qədər “FINCA Azerbaijan” MM QBKT-nin Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 3-cü korpus, 8-ci mərtəbədə yerləşən ünvanına qapalı və möhürlü zərfdə, “Məxfi: Tender sənədi”, “Satın alınacaq məhsul və ya xidmətin adı” qeyd edilməklə təqdim etməyiniz xahiş olunur. Göstərilən tarix və saatdan sonra təqdim edilmiş təkliflər qəbul edilməyəcəkdir.

Xahiş olunur, göndərilmiş zərfin poçt/kuryer izləmə qəbzinin scan edilmiş surətini [email protected] ünvanına yuxarıda qeyd olunmuş tarixə qədər göndərəsiniz (zərf fiziki olaraq sizin tərəfinizdən çatdırılıbsa, təhvil-təslim aktının scan edilmiş surətini mail ilə göndərmək tələb olunur)

 

Qalib təchizatçı 19 mart 2025-ci ilə qədər “FINCA Azerbaijan” MM QBKT-nın Tender Komitəsi tərəfindən müəyyən edilərək elan ediləcək. Qalib elan edildikdən sonra istənilən satınalma əməliyyatı “FINCA Azerbaijan” təlimatlarına uyğun olaraq həyata keçiriləcək.

 

Yuxarıda yazılanlar və ya digər uyğun məsələlər barədə hər hansı sualınız olduqda, [email protected]  email ünvanına yaza və ya aşağıda qeyd edilən əlaqə nömrələri vasitəsilə ətraflı məlumat əldə edə bilərsiniz.

 

Ofis nömrəsi : +99412 596 33 84 (142)                                           Mobil nömrə: +99455 251 70 21

 

Qeyd: Təkliflər əlavədə göstərilən formatda təqdim edilməlidir və əlavə olaraq ümumi qiymət siyahısını da təqdim etməyiniz xahiş olunur.

Əlavə 1