“FINCA AZERBAIJAN”-ın MÜŞAHİDƏ ŞURASI

Zar Wardak
Müşahidə Şurasının Sədri
Zar Wardak
Zar Wardak hazırda FINCA Impact Finance-in Şərq bölgəsi üzrə vitse-prezidenti və şöbə müdiridir və O, şəbəkənin Şərqi Avropa, Orta Şərq və Cənubi Asiya bölgələrindən 7 ölkədəki fəaliyyətinə rəhbərlik edir. Diviziya rəhbəri vəzifəsinə başlamazdan əvvəl Zar, Orta Şərq və Cənubi Asiya Bölgəsi üzrə Regional Direktor vəzifəsində çalışmış və digər uğurlarından başqa, hazırda FINCA Pakistanın 100.000-dən çox bank müştərisi tərəfindən istifadə olunan “SimSim” mobil cüzdan tətbiqinin istifadəyə verilməsinə kömək etmişdir.
Zar Wardak, eyni zamanda FINCA Əfqanıstanın baş direktoru vəzifəsində çalışmışdır. FINCA-ya qoşulmazdan əvvəl Zar, Əfqanıstanda maliyyə xidmətləri sənayesi məsləhətçisi olaraq çalışmış və eyni zamanda ABŞ-da Citibankda Texas Regional Satış İnteqrasiya Direktoru vəzifəsində çalışmışdır. Kanzasdakı Southwestern Kollecində Beynəlxalq Biznes üzrə bakalavr və Virciniya Fairfaksdakı George Mason Universitetində Sülh Əməliyyatları üzrə Elm Magistr dərəcəsi almışdır.

JERROLD SMELCER
Müşahidə Şurasının Üzvü
JERROLD SMELCER
Jerrold sürətli iqtisadi inkişafla məşğul olan maliyyə müəssisələrində strateji inkişafın təşviqi üçün cavabdehlik daşıyıb və iqtisadi tənəzzül, kəskin yerli valyuta devalvasiyaları və sektor daxilində qeyri-işlək kreditlər kimi ölkədaxili əməliyyat problemlərini aradan qaldırmaq üçün struktur dəyişikliklərin həyata keçirilməsi prosesinə rəhbərlik edib.
O, Amerika Birləşmiş Ştatlarının Prezidentinin Xidmət və Mülki İştirak Şurası tərəfindən Azərbaycanda maliyyə sektorunun inkişafına göstərdiyi dəstəyə görə, habelə Beynəlxalq Maliyyə Korporasiyası və İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən Tacikistantanın ilk Milli Kredit Bürosunun yaradılmasında verdiyi töhfələrə görə tanınıb.
Jerrold Avstriya, Fransa, İsveç və Amerika Birləşmiş Ştatlarının universitetlərində təhsil alıb, həmçinin Tanderberd Qlobal Menecment Məktəbində MBA dərəcəsi əldə edib.

SRİDHAR SRİNİVASAN
Müşahidə Şurasının Üzvü
SRİDHAR SRİNİVASAN
Sridhar “Citigroup” təşkilatı çərçivəsində Asiya, Afrika və Avropa ölkələrində təxminən 30 il fəaliyyət göstərmiş maliyyə mütəxəssisidir. Bu müddət ərzində o, 3 ölkədə Baş İcraçı Direktor, Hindistanda Korporativ Bank bölməsinin müdiri, Afrikada Əməliyyat Xidmətləri üzrə rəhbər və Mərkəzi, Şərqi Avropa, Orta Şərq və Afrika üzrə Bank Xidmətləri qrupunun rəhbəri də daxil olmaqla, əsas ölkə və regional rəhbər vəzifələrini tutaraq müəssisələrin qurulması, böyüdülməsi və inkişaf etdirilməsində iştirak etmişdir. “Citi” təşkilatını tərk etdikdən sonra Sridhar “Oliver Wyman” təşkilatına ortaq və Hindistan bölməsinin rəhbəri olaraq qatılmış və hal-hazırda qlobal idarəçilik sahəsində aparıcı konsaltinq şirkətlərindən birində aparıcı məsləhətçi vəzifəsində çalışır.
Güclü fərdi keyfiyyətləri, şövqü və münasibət qurmaq bacarıqları sayəsində o, müxtəlif mədəniyyətləri və peşə sahələrini özündə ehtiva edən bir çox sayda qalib komanda yaratmışdır.
Hal-hazırda Sridhar startaplardan tutmuş Hindistanın ən böyük şirkətlərinə qədər müxtəlif şirkətlər üçün İdarə Heyətində qeyri-icraçı direktor / məsləhətçi kimi fəaliyyət göstərir.
Onun dərin təcrübəsi və nailiyyətləri ona rəhbərlər və idarə heyəti ilə idarəetmə strategiyası, biznes transformasiyası, idarəetmə, səhmdar maraqları, risk və tənzimləmə uyğunluğu kimi sahələrdə işləməkdə kömək edir.
Eyni zamanda o, erkən mərhələdə olan startaplar üçün aktiv “mələk” investor və mentor olaraq da xidmət göstərir.
Sridhar Hindistanın Mumbay şəhərində yaşayır. Delhi Universitetinin məzunudur və eyni zamanda Təsdiqlənmiş Mühasibdir.
“FINCA AZERBAIJAN”-ın İDARƏ HEYƏTİ
İdarə heyətimiz müxtəlif iş sahələrindən qaynaqlanan geniş təcrübə, peşəkar bacarıq və səriştələri özündə birləşdirən komandadan ibarətdir.

TİMOTİ TARRANT
“FINCA AZERBAIJAN”ın Ölkə üzrə Direktoru
TİMOTİ TARRANT
FINCA-ya qədər cənab Tarrant Amerika Biznes Mərkəzində Direktor və MCI Maliyyə Korporasiyasında isə Maliyyə Analitiki vəzifələrində iş təcrübəsi qazanmışdır. Timoti Tarrant Rusiya və MDB ölkələri üzrə ümumilikdə 20 illik idarəetmə təcrübəsinə malikdir.
Timoti Tarrant Beynəlxalq Əlaqələr üzrə bakalavr təhsilini Memfis Universitetində, beynəlxalq MBA səviyyəsi üzrə təhsilini isə “Thunderbird School of Global Management” Ali təhsil müəssisəsində almışdır. Bununla yanaşı, Timoti Filadelfiya ştatında yerləşən “American Bankers Association Stonier Graduate School of Banking” məktəbində 3 illik maliyyə, bank işi, menecment və liderlik üzrə təhsil proqramını keçmişdir. O, ingilis və rus dillərində danışır.

Muhammad Mobeen Yaqoob
Direktor Müavini
Muhammad Mobeen Yaqoob
FINCA-ya qoşulmazdan öncə o, 6 ildən çox MCB Bank MMC və ABN-AMRO Bank MMC (əvvəllər “Prime Commercial Bank” MMC) kimi bir neçə böyük kommersiya banklarında mərkəzi Maliyyə və Mühasibatlıq funksiyalarında yüksək mövqelərdə çalışmışdır. Bank sektorundan savayı o, həmçinin Pakistanın mühəndislik və tekstil sənayesi sahəsində 4 illik iş təcrübəsi qazanmışdır.
M.Moben Pakistanın Pəncab Universitetindən Bankçılıq və Maliyyə ixtisası üzrə MBA (Biznesin İdarə olunması üzrə Magistr) dərəcəsini almışdır.

Yadulla Rəhimov
Hüquq Depatmanetinin Rəhbəri və Direktorlar Şürasının Korporativ Katibi
Yadulla Rəhimov
Yadulla Rəhimov 2016-cı ilin martında “FINCA Azerbaijan” Təşkilatına Böyük hüquqşünas vəzifəsində qoşulmuşdur. 2016-cı ilin İyun ayından Baş hüquq müşavirinin rəhbərinin vəzifələrini icra etmiş, həmin ilin dekabr ayında Hüquq Departamentinin “Korporativ Hüquqi Dəstək və Yüksək Məhkəmə Işləri” şöbəsinin rəhbəri təyin edilmiş, 01 yanvar 2020-ci il tarixindən Təşkilatın Baş Hüquq Müşaviri və İdarə Heyətinin üzvü təyin edilmişdir.
FINCA-ya qoşulmazdan öncə o, 5 ilə yaxın özəl və dövlət təşkilatlarında müxtəlif vəzifələrdə, o cümlədən Bakı Appelaysiya Məhkəməsində Hakim köməkçisi, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Beynəlxalq Əlaqələr Şöbəsində Baş məsləhətçi, Vijn Fond “AzerKredit”, “Capsian İnvestment and Development” və “AAC” Məhdud Məsuliyyətli Cəmiyyətlərində Korporativ hüquqşünas vəzifələrində çalışmışdır.
Yadulla Rəhimov beynəlxalq hüquq ixtiası üzrə Azərbaycan Respublikası Qafqaz Universitetinin məzunu olmuş, Amerika Birləşmiş Ştatlarında “Hüquqi sənədləşmə”, Böyük Britaniyada “Müqavilələr hüququ” üzrə qısa müddətli praktiki kursları müvəffəqiyyətlə tamamlamış, dövlət qulluğunda “2-ci dərəcəli dövlət qulluqcusu” statusunu əldə etmişdir. O, ingilis və rus dillərində danışır.

Zaur Nurməmmədov
Baş Əməliyyat Meneceri
Zaur Nurməmmədov
Zaur Nurməmmədov 2005-ci ilin oktyabr ayında “FINCA Azerbaijan”-da Xüsusi Layihələr üzrə Koordinator vəzifəsində işə başlamışdır. 2009-cu ilin Dekabr ayında O, İnzibati Departamentin rəhbəri təyin olunmuş, 2010-cu ilin Sentyabr ayında isə Marketinq Meneceri olaraq Marketinq Departamentinin qurulması və idarə edilməsi ona həvalə edilmişdir. O, 2019-cu ilin noyabrından etibarən Baş Əməliyyat Meneceri vəzifəsi səlahiyyyətlərini icra etməyə başlamış, 2021-ci ilin iyun ayından isə təşkilatın Baş Əməliyyat Meneceri təyin olunmuşdur.
FINCA-ya qoşulmazdan əvvəl o, “Care International” və Beynəlxalq Xilasetmə Komitəsi kimi beynəlxalq humanitar təşkilatlarda informasiya sistemlərinin idarə olunması, icma inkişafı, monitorinq və qiymətləndirmə sahələrində müxtəlif vəzifələrdə çalışmışdır.
Zaur Nurməmmədov Türkiyənin İzmir şəhərindəki Ege universiteti və Ərzurum şəhərindəki Atatürk universitetlərində informasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr sahələrində təhsil almışdır.
Azərbaycan, Türk, İngilis və Rus dillərində danışır.

Şəhriyar Osmanov
Baş Kommersiya Rəhbəri
Şəhriyar Osmanov
Şəhriyar Osmanov 2021-ci ilin Sentyabr ayında “FINCA Azerbaijan” təşkilatında Baş Kommersiya Rəhbəri olaraq işə başlamışdır. Bu təyinatdan əvvəl O, 2013-2018-ci illər ərzində “FINCA Azerbaijan”-da Regional Əməliyyat Meneceri vəzifəsini icra etmiş və yeni yaradılmış Şərq regionunda biznes əməliyyatlarının idarə edilməsi və filial şəbəkəsinin genişlənməsi, həmçinin geriyığım bölməsinin qurulması istiqamətində çalışmışdır. Şəhriyar Osmanov “FINCA Azerbaijan”-a qoşulmadan əvvəl həm ölkə ərazisində, həm də Rusiya Federasiyası və Türkiyə Respublikasında bank sektorunda müxtəlif departamentlərdə menecer vəzifəsində olmuş, həmçinin fərqli dövrlərdə real sektor şirkətlərində investisiya, maliyyə və əməliyyat strukturlarında çalışmışdır.
O karyerası boyunca yeni biznes bölmələrinin və strukturlarının qurulmasında və inkişaf etdirilməsində təcrübə qazanmış, avtomatlaşdırma, risklərin idarə edilməsi, xərc kontrolu, biznes proseslərin optimallaşdırılması, təlim və inkişaf layihələrinin həyata keçirilməsində iştirak etmişdir.
Şəhriyar Osmanov, İqtisadiyyat və İdarəetmə sahəsində Türkiyə Respublikasının Yıldız Teknik Universitetində Magistr dərəcəsinə və Anadolu Universitetində Bakalavr dərəcəsinə yiyələnmişdir.
O, İngilis, Rus, Türk dillərini bilir.
“FINCA Azerbaıjan”-ın Təftiş Komissiyası (Müfəttiş)

FISNIK KEPUSKA
Audit Komitəsinin sədri
Fisnik Kepuska
Fisnik Kepuska ilk olaraq 2016-cı ildə Baş Maliyyə Meneceri kimi FINCA Kosovo təşkilatına qoşulmuşdur və daha sonra FINCA Kosovada Baş Əməliyyat Meneceri vəzifəsinə keçmişdir. Əlavə olaraq, FINCA Impact Finance səviyyəsindəki əməliyyat vəzifələri çərçivəsində FINCA -nın Azərbaycan, Tacikistan və Qırğızıstandakı törəmə şirkətlərində İcraçı İdarəetmə komandasına dəstək verir. O, FINCA Azərbaycanın Audit Komitəsinin sədri və FINCA Bank Qırğızıstanın Direktorlar Şurasının üzvüdür.
Kosovada Raiffeisen Bank Kosovo, Nova Ljubljanska kimi beynəlxalq banklarda filial rəhbərliyi, kredit & əməliyyat riski, daxili audit şöbəsi kimi idarəetmə pozisiyalaırnda çalışmış cənab Kepuska Kosovanın maliyyə və bank sektorunda 20 illik peşəkar təcrübəyə malikdir. Həmçinin, Fisnik Kepuska dörd il Banka Ekonomike təşkilatında İcraçı Direktorun müavini vəzifəsini icra etmişdir.
Digər iş təcrübələrinə Priştina Universitetində Marketinq kurslarında tədris köməkçisi, Kosovo Banklar Asossasiyasında İdarə Heyəti sədrinin müavini, SİGURİA sığorta təşkilatında audit komitəsinin üzvü, həmçinin bələdiyyə tullantılarının idarə edilməsi təşkilatı kimi dövlət təşkilatında Direktorlar Şurasının sədri vəzifələri daxildir, Cənab Kepuska öz ilk iş təcrübəsinə USAID təşkilatının Kosovoda Biznesə Dəstək layihəsində məsləhətçi kimi başlamış və hazırda da gənc sahibkarlar üçün CEED çərçivəsində pulsuz məsləhət xidmətləri təklif etməkdədir.
Fisnik 2000-ci ildə London İqtisadi və Siyasi Elmlər Məktəbindən magistr dərəcəsi, 1997-ci ildə Priştina Universitetinin İqtisadiyyat fakültəsində bakalavr dərəcəsi əldə etmişdir. Fisnik sərbəst şəkildə alban, ingilis, serb və xorvat dillərində danışır.
“FINCA IMPACT FINANCE”-IN QLOBAL RƏHBƏRLİYİ
“FINCA Impact Finance” təşkilatının rəhbərliyi 12000-dən çox insanı əhatə edən qlobal təşkilatı idarə edir