Xəbərlər

FINCA Azerbaijan və cəmiyyətinizdəki işimiz haqqında ən son məlumatları öyrənin.

Media sorğuları: [email protected]

  • News 03-02-2023

    Bakı, 03.02.2023 – Mikro-maliyyə sahəsində aparıcı təşkilat olan “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının (QBKT) kredit portfeli 2022-ci ildə 50 milyon manatı keçib və kredit satışlarında 39% artım müşahidə edilib.

  • News 10-08-2022

    Bakı, 10.08.2022 – 2022-ci ilin avqustun 2-dən 5-nə kimi “FINCA Azerbaijan”ın Müşahidə Şurasının üzvləri baş ofisə səfər edib, Azərbaycanın bu aparıcı bank olmayan kredit təşkilatının biznes fəaliyyətinin inkişafı imkanlarını və mikromaliyyə seqmentində gələcək perspektivlərini müzakirə etmək üçün rəhbərlik və heyət üzvləri ilə görüşlər keçiriblər.

  • News 29-07-2022

    Bakı, 29.07.2022 – 2022-ci ilin yarımillik nəticələrinə əsasən, “FINCA Azerbaijan” ötən ilin eyni dövrü ilə müqayisədə kredit portfelini 25% artıraraq Azərbaycanda mikromaliyyə sahəsində müştərilərinə uğurla xidmət göstərməyə davam edir.

  • News 29-06-2022

    Bakı, 29.06.2022 – Ölkənin aparıcı mikromaliyyə təşkilatı “FINCA Azerbaijan” 2022-ci il iyunun 28-də Bakı Fond Birjasında (BFB) 3 milyon manat məbləğində faizli, təminatsız, sənədsiz adlı istiqrazların üçüncü yerləşdirməsini keçirtmişdir. Son altı ayda BFB dəstəyilə yerli investorlardan 6 milyon manat uğurla cəlb edən bu tanınmış qeyri bank kredit təşkilatı üçün bu ardıcıl olaraq üçüncü istiqraz yerləşdirilməsidir.

  • News 25-05-2022

    “FINCA Azerbaijan” Qeyri Bank Kredit Təşkilatının illik maliyyə hesabatına əsasən, “FINCA Azerbaijan” QBKT 2021-ci il ərzində 2 milyon 612 min AZN məbləğində xalis mənfəət əldə etməklə, şirkətin son illər ərzində malik olduğu müsbət yönlü gəlirlilik tendensiyasını qoruyub saxlaya bilib.

  • News 13-05-2022

    Bakı, 10.05.2022 – Ölkənin müxtəlif regionlarında mikro və kiçik biznes müştərilərinə göstərdiyi maliyyə xidmətləri ilə tanınan “FINCA Azerbaijan” təşkilatı 2022-ci ilin 1-ci rübünü ötən ilin eyni dövrü ilə müqayisədə 24% xalis gəlir artımı ilə başa vurub. Birinci rübün nəticələri də ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın bu aparıcı mikromaliyyə təşkilatının kredit portfelinin 22% artdığını göstərir.

  • News 12-04-2022

    FINCA Azerbaijan nümayəndələri “IDEA” İctimai Birliyinin təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində 2022-ci ilin aprelin 11-də Bakı şəhərinin Müşfiqabad qəsəbəsində keçirilən ölkə üzrə növbəti ağacəkmə aksiyasıda iştirak etdilər. Aksiya zamanı 8 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 6000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.

  • News 15-03-2022

    1 mart 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" -nın ümumi dəyəri 3 000 000 (üç milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

  • News 10-03-2022

    1 mart 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan"-nın ümumi dəyəri 3 000 000 (üç milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

  • News 28-02-2022

    “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün “2 QAT Bayram” xüsusi güzəştli kredit kampaniyasına başlayır. Kampaniya 1 – 11 mart tarixlərini əhatə edəcək və bu dövr ərzində “FINCA Azerbaijan”-dan biznes və təsərrüfat krediti əldə edən bütün xanım müştərilər kredit faizində 4%-dək güzəştdən faydalana biləcəklər.

  • News 28-12-2021

    27 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında "FINCA AZƏRBAYCAN"-nın kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir.

  • “FINCA Azerbaijan”-ın 3 milyon manatlıq istiqrazları Bakı Fond Birjasında listinqə çıxarılıb və İnvestorlar üçün Emissiya prospekti dərc olunub.

    News 22-12-2021

    FINCA AZERBAIJAN emissiya prospekti