01-04-2025

FINCA Azerbaijan Tovruz Aqrar Biznes Festivalında!

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə cari ilin növbəti Aqrar Biznes Festivalı 14 mart tarixində Tovuz rayonunda keçirilib. Qazax-Tovuz iqtisadi rayonunu əhatə edən festivalda Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz rayonlarından fermerlər iştirak ediblər. Festivalda müxtəlif kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar sərgilənib. Tədbirdə həmçinin ölkənin müxtəlif bölgələrindən qadın inkişaf və müəssisə qruplarını təmsil edən 150-dən çox fermer sahibkar öz məhsullarının nümayiş və satışını həyata keçirib.

FINCA Azerbaijan Aqrar Biznes Festivalının rəsmi tərəfdaşı kimi çıxış edərək fermerlərin maliyyə savadlılığının artırılmasına töhvə vermək məqsədi ilə sahibkarlara Maliyyə Savadlığı haqqında təlim təşkil edib. Festival çərçivəsində təşkil edilən kredit yarmarkasında FINCA Azerbaijan-ın mütəxəssisləri kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkar və fermerlərə kredit məhsulları, güzəştli kreditlər və digər maliyyə həlləri barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.