29-04-2025
FINCA Azerbaijan – Rəqəmsal Maliyyədə Qabaqcıl Təşkilat!
Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən 18 aprel 2025-ci il tarixində keçirilən 17-ci İllik Təltif Şam Ziyafətində FINCA Azerbaijan “Müştərilərinə Rəqəmsal Maliyyə xidmətlərinin göstərilməsində qabaqcıl mikromaliyyə təşkilatı” nominasiyası üzrə mükafata layiq görüldü!
Bu nüfuzlu mükafat, müştərilərimizə daha əlçatan, çevik və innovativ maliyyə həlləri təqdim etmək üçün həyata keçirdiyimiz rəqəmsal transformasiyanın və komanda işimizin parlaq nəticəsidir.
Bizə inanan müştərilərimizə, bu yolda əzmlə çalışan komandamıza və hər zaman dəstək olan tərəfdaşlarımıza təşəkkür edirik!


