23-09-2024
Qadın sahibkarların dəstəklənməsi istiqamətində Finca Azerbaijan “Leadership Commitment” mükafatını qazandı!
2024 ci il 7-8 iyun tarixlərində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) dəstəklədiyi və BMTİP-nin həyata keçirdiyi Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması (Faza II) layihəsi çərçivəsində Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (QSGP) üzrə əldə edilmiş təcrübələrin təqdim edildiyi görüş keçirilib.
Baş tutmuş tədbirdə QSGP prinsiplərinin icmalı diqqətə çatdırılıb, qadınların səlahiyyətləndirilməsi üzrə ən yaxşı korporativ təcrübələr nümayiş etdirilib, gender məsələləri və korporativ dayanıqlılıq, qadınların səlahiyyətlərinin genişləndirilməsində ticarət palatalarının rolu, QSGP imzaçı şirkətlərin təcrübəsi və prinsiplərinin tətbiqi üzrə fəaliyyətlər müzakirə edilib.
Tədbirin sonunda öyrənilmiş dərslər, çətinliklər və gender bərabərliyinin təşviqində özəl sektorun rolu ilə bağlı geniş fikir mübadiləsi aparılmış həmçinin QSGP nominasiya qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. FINCA Azerbaijan qadın sahibkarlara hər zaman dəstək olmağa sadiqliyini bir daha nümayiş etdirərək, qadınların maliyyə resurslarına çıxışını yaxşılaşdırmaq və artırmaq istiqamətində fəaliyyətlərini vurğulamış və Weps lahiyəsi çərçivəsində “Leadership Commitment” nominasiyasında qalib adını qazanmışdır.


