17-05-2014

“FINCA Azerbaijan”ın Ağdaş filialının Yeni Ofisinin Açılış Mərasimi Həyata Keçirilmişdir

Günü-gündən fəaliyyət dairəsini genişləndirən FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı 17 Mart 2014-cü il tarixində Ağdaş filialının yeni ofisinin açılış mərasimini həyata keçirmişdir. Açılış mərasimində təşkilatın Ölkə üzrə Direktoru Timoti Tarrant və digər rəhbər şəxslər, həmçinin müxtəlif bank və maliyyə qurumlarının nümayəndələri iştirak etmişdilər.

Müştərilərinin ən ümdə maraqlarının və rahatlığının təmin olunmasına çalışan FINCA Azerbaijan müasir standartlara cavab verən Ağdaş filialının yeni ofisi vasitəsilə 7500 nəfərə yaxın müştəriyə maliyyə xidmətləri göstərməyə davam edir. 49 nəfərdən ibarət işçi heyəti ilə 10 ildən artıq regionda fəaliyyət göstərən filialın müştərilərinin əksəriyyəti əsasən ticarət, təsərrüfat, heyvandarlıq ilə məşğul olan kiçik və orta sahibkarlardır. 9 milyon ABŞ dolları məbləğində kredit portfelinə malik olan Ağdaş filialı müştərilərinə müxtəlif kredit məhsulları təklif etməklə onların həm şəxsi bizneslərinin inkişaf etdirilməsinə, həm də ailələrinin maddi durumlarının yaxşılaşdırılmasına köməklik göstərir. Təşkilatın sosial missiyasına sadiq qalaraq filial həm də rayonun sosial-ictimai həyatında aktiv iştirak edir.

Qeyd edək ki, FINCA Azerbaijan hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 65 filial vasitəsilə 150.000 nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərir.