13-05-2024

“FINCA Azerbaijan” yeni sertifkat əldə edib

Bakı, 1 May 2024-cü il – Maliyyə xidmətlərinə məhdud çıxış imkanı olan əhali qrupuna maliyyə xidmətləri göstərən aparıcı mikromaliyyə təşkilatı “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı qürurla elan edir ki, “Agents for Impact” təşkilatına məxsus Dayanıqlılığın Ölçülməsi Reytinqi (Sustainability Alignment Rating (AFISAR)) üzrə “B+ GOOD Sustainable’ (Dayanıqlılıq baxımından YAXŞI vəziyyətdədir) kateqoriyası ilə qiymətləndirilib. Bu nailiyyət bir daha onu göstərir ki, “FINCA Azerbaijan” təşkilatı əsas da ətraf mühit, sosial və idarəetmə (ƏSİ) prinsipləri olmaqla, öz fəaliyyətlərini Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğunlaşdırmaq öhdəliyinə xüsusi önəm verir.

“AFISAR” sertifikatı “FINCA Azerbaijan” təşkilatının dayanıqlı inkişaf istiqamətində proaktiv yanaşmaya malik olduğunu təsdiq edir, bu yanaşma təşkilatın DİM-lərdə əks etdirilən cari qlobal çağırışların həllində göstərdiyi səylərdən bəlli olur. Dayanıqlılıq prinsipini öz biznes modelinə daxil etməklə, FINCA Azerbaijan təkcə yoxsulluğun azaldılması üzrə missiyasını genişləndirməklə kifayətlənmir, həm də geniş miqyasda daha ədalətli və dayanıqlı dünya qurmağı hədəfləyən məsələlərin icrasına dəstək olur.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2015-ci ildə qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədləri cəmiyyətin müxtəlif sahələrində müsbət dəyişiklikləri təşviq etmək məqsədi ilə qlobal səviyyədə təşkilatlar üçün rəhbər çərçivə təmin edir. FINCA Azerbaijan bu məqsədlərin bir-biri ilə bağlı olduğunu qəbul edir və sosial inklüzivliyin, iqtisadi rifahın və ətraf mühitin qorunmasının təşviqinə sadiq qalır.

AFISAR sertifikatının əldə edilməsi FINCA Azerbaijan üçün mühüm bir mərhələdir, çünki bu, təşkilata imkan verir ki, beynəlxalq kreditorlardan maliyyə vəsaiti əldə edə və davamlılıq təşəbbüslərinə üstünlük verən investorlara təsir edə bilsin. Bu tanıtım FINCA Azerbaijan-ın etibarlılığını vurğulayır və onun həm maliyyə gəlirləri, həm də sosial və ətraf mühitə müsbət təsir göstərmək qabiliyyətini nümayiş etdirir.

FINCA Azerbaijan yaxın gələcəkdə də dayanıqlılıq prinsiplərinin təşviq etmək və DİM-lərlə bağlı verdiyi töhfələri artırmaq istiqamətində öhdəlik daşıdığını bir daha təsdiq edir. Davam edən innovasiyalar, tərəfdaşlıq və maraqlı tərəflərin cəlb edilməsi vasitəsilə “FINCA Azerbaijan” təşkilatının məqsədi xidmət etdiyi icmalara təsirini artırmaq və onlar üçün daha dayanıqlı bir gələcəyin təmin edilməsinə töhfə verməkdir.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir. 1999-ci ildən Azərbaycanda rəsmi fəaliyyət göstərən “FINCA Azerbaijan” BOKT “FINCA Impact Finance” təşkilatına aid 16 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyondan artıq müştəriyə xidmət edən qlobal şəbəkənin tərkibinə daxildir.

“FINCA Azerbaijan” Bank  Olmayan Kredit Təşkilatının fəaliyyəti haqqında ətraflı məlumatı *2525 çağrı mərkəzinə, finca.az saytına və ya rəsmi sosial media hesablarına müraciət edərək əldə etmək mümkündür.