10-12-2021

“FINCA Azerbaijan” Şəmki̇rdə Fəali̇yyətə Başladi

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində Şəmkirdə yeni filialını açıb və bu filial vasitəsi ilə Şəmkir və Gədəbəydən olan müştərilərə kredit məhsulları təklif etməyə başlayıb.

Şəmkir şəhəri, Səməd Vurğun küçəsi 180A ünvanında fəaliyyət göstərən yeni ofis biznes və təsərrüfat sahiblərinə “FINCA Azerbaijan”-nın maliyyə xidmətlərini daha əlçatan etməklə onların biznesinin inkişafına imkan yaradacaq.

“FINCA Azerbaijan” 2021-ci ildə filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində 4 yeni filial açaraq ofislərinin  ümumi sayını 20-ə çatdırıb.  “FINCA Azerbaijan” növbəti ildə də filiallarının sayını artırmaqla xüsusilə kənd yerlərindən olan insanların biznes və təsərrüfatının inkişafına dəstək olmağı planlaşdırır.

Qeyd edək ki, “FINCA Azerbaijan” ticarət, istehsal, xidmət sahələri, eləcə də kənd təsərrüfatı üzrə kreditlər təklif edir. Müştərilər kredit müraciətlərini 055 455 29 29 nömrəsinə zəng etməklə və ya Whatsapp nömrəsinə yazmaqla edə bilər. Bundan başqa onlayn qaydada da saytımızdan – https://bit.ly/31JnKlW  kredit üçün müraciət edə bilərlər.