12-05-2026
FINCA Azerbaijan mikromaliyyə sektorundakı liderliyini və innovasiyalara sadiqliyini növbəti nüfuzlu mükafatla möhkəmləndirdi.
Ötən həftə Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən təşkil edilmiş 18-ci İllik Təltif Şam Ziyafətində FINCA Azerbaijan «İlin innovativ məhsulunu təqdim edən qabaqcıl mikromaliyyə təşkilatı» nominasiyası üzrə mükafata layiq görülmüşdür.
Bu mükafat təkcə bir təltif deyil, həm də FINCA Azerbaijan-ın maliyyə əlçatanlığını artırmaq və müştərilərimizə daha çevik xidmətlər təqdim etmək yolunda atdığı strateji addımların yüksək qiymətləndirilməsidir.
Bu nailiyyətin arxasında peşəkar komandamızın fədakar əməyi və bizə hər zaman etibar edən sadiq müştərilərimiz dayanır. Biz innovasiyanı sadəcə texnoloji yenilik deyil, həm də insanların həyatını asanlaşdıran dəyər kimi görürük. Bu mükafat bizim üçün böyük motivasiyadır. Biz hər bir addımda müştərilərimizə daha yaxın olmağı, onların bizneslərini böyütmək üçün ən müasir maliyyə alətlərini təqdim etməyi hədəfləyirik.


