28-02-2014

“FINCA Azerbaijan” Daha İki Yeni Ofis Açdı

Müştərilərinə göstərdiyi xidmət səviyyəsini daim artırmağa çalışan “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Salyan və Biləsuvar filiallarının yeni ofis binalarının açılış mərasimlərini keçirdi. Açılış mərasimlərində təşkilatın direktoru Timoti Tarrant və digər rəhbər şəxsləri, müştərilər, digər maliyyə qurumlarından və yerli İcra Hakimiyyəti orqanlarından qonaqlar, həmçinin, Mərkəzi bankın nümayəndələri iştirak etmişdirlər.

10 ilə yaxın fəaliyyət göstərən Biləsuvar və Salyan filialları əlverişli kredit şərtləri ilə göstərdikləri dəqiq və rahat xidmətlər sayəsində müştərilərin etibarını qazanmağa nail olmuşdurlar. Maksimal şəffaf yanaşma və surətli kreditvermə nəticəsində hər iki filial müştəri sayını 3 min nəfərə yaxın çatdırmışdır. Filiallar ticarət, xidmət, istehsalat, kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarlara FINCA-nın kredit məhsullarını təklif edir.

15 il Azərbaycanda uğurla fəaliyyət göstərən “FINCA Azerbaijan” ölkə ərazisində 65 filial şəbəkəsi vasitəsilə 150,000 nəfərdən artıq müştəriyə maliyyə xidmətləri göstərir. “FINCA Azerbaijan”ın ümumi kredit portfeli 190 milyon ABŞ dollarından çox məbləğ təşkil edir. Bu göstəricilərə görə FINCA Azerbaijan təkcə ən böyük Mikro Maliyyə Təşkilatı deyil, həmçinin ölkənin ən böyük bankları arasında yer alır.