20-02-2025

FINCA Azerbaijan Azərbaycan Maliyyə Forumunda iştirak etdi

14 fevral 2025-ci il tarixində keçirilmiş Azərbaycan Maliyyə Forumunun “Mikromaliyyədə Risklərin İdarə Edilməsi” panelində FINCA Azerbaijan-ın Baş Kommersiya Rəhbəri Şəhriyar Osmanov çıxış edib. O, mikromaliyyə sektorunda risklərin idarə olunması, maliyyə inklüzivliyinin artırılması və dayanıqlı inkişaf üçün beynəlxalq təcrübələrin tətbiqi barədə fikirlərini bölüşüb.

Forum çərçivəsində mikromaliyyə institutlarının dayanıqlığının gücləndirilməsi, requlyativ dəyişikliklərin müzakirəsi və innovativ yanaşmaların tətbiqi əsas mövzular olub. Tədbir sektordakı aparıcı mütəxəssisləri bir araya gətirərək, maliyyə xidmətlərinin daha səmərəli və dayanıqlı inkişafına töhfə vermək məqsədi daşıyıb.

FINCA Azerbaijan olaraq, biz də dayanıqlı və inklüziv maliyyə həllərinin tətbiqini dəstəkləməyə davam edirik.