24-02-2025

FINCA Azerbaijan Aqrar Biznes Festivalında !

İmişlidə baş tutan ilk Aqrar Biznes Festivalına rəsmi tərəfdaş olaraq qatıldıq. Məqsədimiz kənd təsərrüfarı sektoruna dəstək olmaq, fermerləri məhsullarımız və güzəştli kredit xidmətlərimiz barədə məlumatlandırmaq və maliyyə xidmətlərini onlara daha əlçatan etməkdir.

Festivalın panel müzakirələr hissəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusundakı müzakirələrdə iştirak edərək mikro- maliyyə bazarındakı vəziyyət və fermerlərin üzləşdiyi maliyyə çağırışları barədə fikir mübadiləsi apardıq.

Fermerlərin inkişafına dəstək olmaq üçün belə təşəbbüslərdə iştirak etməyə davam edəcəyik!