FINCA Azerbaijan bu vebsaytdan təşkilatın gördüyü işlər baradə içtimaiyyəti məlumatlandırmaq və maliyyə və digər növ dəstəklərin cəlb edilməsi məqsədilə istifadə edir. Bu vebsaytda mövcud olan hər hansı mətnlər, surətlər/kopyalar və ya qrafik görüntülər “FINCA Azerbaijan” – ın ilkin yazılı icazəsi olmadan tam şəkildə və ya hissə-hissə çoxaldıla bilməz (ümumi domenlərdən çıxarılmış məlumatlardan başqa).

FINCA, təşkilata göstədiyiniz dəstəyi dəyərləndirir və məlumatlarınızın məxfiliyinin qorunub saxlanılmasına çalışır. Bu bəyanatda vebsayt vasitəsilə təmin etdikləri məlumatlar ilə əlqadar vebsayt istifadəçilərinin hər hansı narahatlıqları, və təmin edilmiş bu məlumatların bizim tərəfdən hansı şəkildə istifadə olunması cavablandırılır.

FINCA vebsaytımızın istifadəçilərinin təmin etdiyi məlumatlarının məxfiliyinə hörmətlə yanaşmaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Vebsaytımıza daxil olanlardan vebsaytda qeydiyyatdan keçmək və ya vebsaytdakı görüntüləri izləmək üçün hər hansı məlumat təmin etmək tələb olunmur. Könüllü və xəbərdar olaraq təmin etmək istəməzlərsə, vebsaytımıza daxil olanlardan şəxsi məlumatlar toplamırıq. FINCA bu vebsayt vasitəsilə bizimlə əladə yaradan hər hansı istifadəçinin şəxsiyyətinin məxfiliyini qoruyub saxlayacağı barədə sizi əmin edir.

Məlumatların Toplanması
FINCA, yuxarıda qeyd edildiyi kimi, vebsaytımıza daxil olmaq üçün istifadəçilərdən vebsaytda qeydiyyatdan keçmək və ya şəxsi məlumatların təmin edilməsini tələb etmir. Könüllü olaraq təmin etməzlərsə, biz fərdi şəxslərdən şəxsi məlumatlar toplamırıq. Daxili olaraq nəzərdən keçirilməsi məqsədilə isə vebsaytımıza daxil olanlardan bəzi qeyri-şəxsi məlumatlar toplanılır. Toplanılan məlumatlara vebsayta daxil olanların ümumi sayı, baxılmış vebsəhifələr, və digər növ qeyri-şəxsi məlumatlar daxildir. Bu cür məlumatlardan yararlanaraq biz vebsaytımızı təkmilləşdirir və vebsaytımızdan istifadə etməyinizdən mümkün qədər məmnun qalmağınızı təmin edirik.

FINCA, yuxarıda qeyd edilmiş hər hansı imkanlar ilə əlqədar bizimlə əlaqə qurmaq və/və ya onlara müraciət etmək istəyən vebsayt istifadəçilərindən şəxsi məlumatların təmin edilməsini tələb etmir. FINCA, təmin edilmiş məlumatları hər hansı üçüncü tərəflərə açıqlamır.

Telefon və ya E-Poçt vasitəsilə Əlaqə
Bizə telefon nömrənizi və ya e-poçt ünvanınızı saxladığınız təqdirdə, sizə vaxtaşırı olaraq rüblük məlumat bülletenləri, illik hesabatlar və ya digər sənədlər daxil olmaqla FINCA-nın fəaliyyətlərinə dair son məlumatlar göndərilə bilər. Telefon və ya e-poçt vasitəsilə daha bü cür məlumatlar almaq istəmədiyiniz təqdirdə, xidmətin dayandırılması üçün yuxarıda qeyd edilmiş nömrəyə zəng edə və ya info@fincaazerbaijan.com e-poçt ünvanına məktub yaza bilərsiz.

Karyera (iş) Bölməsi

FINCA, vebsaytımızın karyera bölməsinə daxil olmuş istifadəçilərdən (şəxsi ad, e-poçt ünvanı və yaşayış ünvanı kimi) əlaqə məlumatları və eləcədə CV və müşahidə məktubu kimi şəxsi məlumatları təmin etmələrini xahiş edir. Təmin edilmiş bu cür məlumatlar tərəfimizdən yalnız İşçi Personalı ilə əlaqədar məqsədlər üçün istifadə olunur və bu məlumatlar heç bir halda şirkətdən kənar təşkilatlara açıqlanmır.

Profil
“Kuki fayl”lar, eləcədə qeydiyyat faylları vasitəsilə topladığımız məlumatlar vebsayt istifadəçilərinin üstünlük verdikləri vebsəhifələrin izlənməsi üçün yaddaşda saxlanılır, lakin biz bu vasitələrlə şəxsi məlumatlar toplamır və ya onları üçünçü tərəflərə açıqlamırıq.

Kuki Fayllar
“Kuki fayl” vebsaytımıza daxil olarkən kompyuterinizin möhkəm diskinin yaddaşında yığılan kiçik məlumat parçasıdır. FINCA “kuki fayllar” dan təşkilat vebsaytının ümumi internet trafiki dinamikasını təhlil etmək və istifadəçilərin vebsaytımızdan istifadə təcrübəsini daha da təkmilləşdirmək məqsədilə istifadə edir. Biz hər hansı şəxsi məlumat toplamaq və ya onları sistemin yaddaşında saxlamaq məqsədilə “kuki fayllardan” istifadə etmirik. “Kuki fayllar”ı deaktiv etdiyiniz təqdirdə belə siz vebsaytımıza müvəffəqiyyətlə daxil ola bilərsiz, lakin veb-brauzerinizdə “kuki fayllar”ın aktiv saxlanılması saytımızın işləkliyini və səmərəliliyini təkmilləşdirməkdə bizə kömək etmiş olar.

Qeydiyyat Faylları
Əksər standart vebsayt serverləri kimi, vebsaytımız avtomatik olaraq müəyyən məlumatlar toplayır və onları qeydiyyat arxiv fayllarının yaddaşına yığır. Bu məlumatlara internet protokol (IP) ünvanlar, veb-brauzerin növü, internet xidməti təminatçısı, istinad/çıxış səhifələri, platforma tipi, tarix/vaxt ştampı, artma-azalma dinamikasını təhlil etmək üçün kliklərin sayı, vebsaytın idarə olunması, vebsaytdakı istifadəçilərin hərəkətinin izlənməsi, və vebsaytdan orta hesabla istifadənin müəyyən olunması üçün geniş demoqrafiya xarakterli məlumatın toplanması daxildir. Biz, fərdi istifadəçiləri müəyyən etməyən bu məlumatları artma-azalma dinamikasını təhlil etmək, vebsaytı idarə etmək, vebsaytdakı istifadəçilərin hərəkətini izləmək və istifadəçi qrupumuz barədə demoqrafiya xarakterli məlumatlar toplamaq məqsədilə istifadə edirik. Biz, ayrılıqda sizə bu barədə bildiriş göndərilməyənə qədər, avtomatik olaraq toplanılmış bu məlumatları sizin şəxsi məlumatlarınıza birləşdirmir və ya onalrı digər məqsədlər üçün istifadə etmirik.

Linklər
Bu vebsaytda digər vebsaytlara keçmək üçün linklər mövcuddur. Nəzərinizə çatdırırıq ki, FINCA Azerbaijan digər vebsaytların tutumuna və ya məxfilik qaydalarına dair məsuliyyət daşımır və ya onlara nəzarət etmir. Biz istifadəçiləri vebsaytımızı tərk edərkən bu barədə məlumatlı olmağa, və şəxsi məlumat toplayan vebsaytların məlumat məxfilik bəyannaməsini oxumağa çağırırıq.

Dəyişiklər barədə bildiriş
FINCA, vaxtaşırı olaraq e-poçt vasitəsilə son məlumatları sizə çatdırmaq üçün müntəzəm olaraq bu təlimatları nəzərdən keçirir və yeniləyir. Bu təlimatlara dair hər hansı son məlumatlar vebsaytımızda yerləşdiriləcək. Hazırkı məlumat məxfilik bəyannaməsi yalnız bu vebsayt tərəfindən toplanılmış məlumatlara şamil edilir.