NİYƏ MƏHZ FINCA

FINCA-da İŞLƏMƏK SİZƏ BİR ÇOX ÜSTÜN KEYFİYYƏTLƏRİ QAZANDIRACAQ

  • Siz dünyada yoxsulluğun azaldılmasına öz töhfənizi verirsiniz. Təsəvvür edin ki, gördüyünüz iş birbaşa dünyanın ən az gəlirli ailələri üçün yeni şans, yeni imkan deməkdir.

  • Hər gün işinizdən zövq alırsınız.

  • Özünüzü inkişaf etdirirsiniz. “FINCA” öz əməkdaşlarının peşəkar inkişafı üçün lazım olan mühiti təmin edir.

  • Rəqabətə davamlı əmək haqqı və digər üstünlükləri əldə etmək imkanı mövcuddur.

  • Korporativ mühitdə işləyirsiniz.

  • İş yerindən ayrılmadan biliklərinizi artırırsınız. Beynəlxalq aləmdə baş verən hadisələrdən/cərəyanlardan xəbərdar olursunuz, gündəlik baş verən hadisələrə yeni prizmadan baxırsınız və fərqli mədəniyyətləri daha yaxından müşahidə edirsiniz.

  • Müxtəlif işçi heyəti ilə çalışır və çox sayda mədəniyyət və dillərlə qarşılaşırsınız. “FINCA” 20 ölkədə müştərilərə xidmət göstərir və biz müştərilərimizin və əməkdaşlarımızın müxtəlifliyinə hörmətlə yanaşır və onlara dəyər veririk.

  • Beynəlxalq aləmə qoşulursunuz. Bir çox əməkdaşımızın gündəlik olaraq digər regionlara səfər edib oradakı işçi heyəti ilə canlı təmas yaratmaq imkanı olur.

  • Geniş çeşidə malik fəaliyyət sahələrinə çıxış əldə edirsiniz. “FINCA”-da hazırda mövcud olan iş yerlərinəmühasibatlıq, administrasiya, lobbiçilik, fandreyzinq/xeyriyyə vəsaitlərinin toplanması, hökümətlə əlaqələr, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, marketinq, media ilə əlaqələr, layihələrin idarəedilməsi, tədqiqat, yazı işləri və s. daxildir.

  • Ən yaxşı təşkilatda çalışırsınız. “FINCA” mikromaliyyə sahəsində lider təşkilatdır.

CARİ İŞ İMKANLARI

“FINCA” yerli və beynəlxalq ofisləri üçün yeni işçilər cəlb edir. Biz fərqli təcrübəyə malik namizədləri sıralarımıza dəvət edirik. Axtardığımız namizədlər gələcəkdə möhkəm, hər iki tərəf üçün faydalı və uzun müddət davam edəcək münasibət qura biləcəyimiz və yüksək səriştəyə malik, dinamik peşəkar şəxslərdir ki, onlar bizim missiya və baxışlarımıza şərik olmalı və yoxsulluğun aradan qaldırılması istiqamətində səylərimizə öz töhfələrini verməlidirlər