Müraciət tarixi: 15/08/2022 - 25/08/2022

İş yeri: Naxçıvan

Vəzifə: Xəzinədar

Hal-hazırda “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı NAXÇIVAN FİLİALI üçün XƏZİNƏDAR vəzifəsinə işçi axtarışı elan edir.

Rol Haqqında

 “FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Vəzifəsinin əsas öhdəliklərləri hansılardır?

  • Kredit əməliyyatlarını FLEXCUBE-da işləmək. Təsdiq edilmiş kredit ərizələri üçün kredit vermə əməliyyatlarının keçirilməsi.
  • Kredit və əməliyyat kassası balanslarını gündəlik yoxlamaq, FLEXCUBE kassa qalığı ilə uzlaşdırmaq və kassa kitabında gündəlik qeydlər aparmaq. Gündəlik Filial Rəhbəri ilə birlikdə nəğd pulun uzlaşdırılmasını aparmaq və kassa qalığı blankının skan olunmuş surətini Y diskində yerləşdirmək. Balanslar bərabər olmayan halları vaxtında sənədləşdirmək.
  • Bütün voucher və qəbzlərin (kredit verilməsi, kredit ödənişi, komisyon haqqları, kassa mədaxil və məxaric orderləri, karbon geri ödəniş qəbzləri və s.) düzgün tərtib olunmasına, sənədlərin həm pul alan həm də pul verən tərəflərdən imzalanmasına, həmçinin möhürlənməsinə əmin olmaq.
  • Lazım olduğu halda qeyri-ödəniş hesabatında olan müştərilər haqqında baş ofis müştəri mühasibatlığın sorğularını cavablandırnmaq.
  • Təşkilat tərəfindən məhkəməyə veriləcək müştərilərin qalıq borc balanslarını hesablanmasında yardım etmək, silinmiş kreditləri qaydalara uyğun olaraq qəbul etmək və lazımi sənədləri baş ofis mühasibat işçilərinə göndərmək.
  • Köməkçi elektron faylların (kredit verilmə sənədləri, elektron uçot jurnalları və s) vaxtında və səliqəli aparılması və baş ofisə çatdırılması. Ehtiyac yarandıqda, Baş Ofisin sorğuları əsasında digər hesabatları hazırlamaq.
  • Kredit verilmənin keçiriməsi.Komisyon haqlarının və geri ödənişlərin nağd şəkildə müştərilərdən qəbul edilməsi.
  • Girovların daxili təlimatlara uyğun qəbulu, saxlanması, dəyişdirilməsi və qaytarılması və girov qeydiyyat jurnalının aparılmasına cavabdehlik.
  • Tərəfdaş banklarla inkassa əməliyyatlarını ”Kassa Əməliyyatları Proseduru”na əsasən həyata keçirmək.
  • Kredit sənədlərinin düzgün tərtib olunmasını, yəni bütün lazımi imzaların və təsdiqlərin, həmçinin kredit qovluğunda bütün zəruri sənədlərin yerində olmasını yoxlamaq

 Namizəddən gözləntilərimiz

  • Təhsil: Tam Orta İxtisas Təhsilli (və ya Ali Təhsili davam edən və ya bitirmiş olan namizədlərə üstünlük veriləcək)
  • Təcrübə: müvafiq uyğun vəzifələrdə ən azı 6 ay iş təcrübəsi
  • MS Office  (MS Word, MS Excel, MS Outlook) bilikləri
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq qabiliyyəti
  • İşgüzarlıq və aktivlik bacarıqları

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda müraciət etmək üçün aşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 24 Avqust, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 18 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.

 

[/fusion_text][/fusion_builder_column][/fusion_builder_row][/fusion_builder_container]