Müraciət tarixi: 29/09/2022 - 12/10/2022

İş yeri: Baş ofis

Vəzifə: Proqram Administratoru

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Proqram Administratoru  vəzifəsini elan edir.

Rol haqqında

Proqram  Administratoru proqram sistemləri üçün administrator kimi çıxış edir və texniki proqram təminatına dəstək göstərilməsi və onun həyata keçirilməsində mühüm rol oynayır. Öhdəliklərə sınaq və istehsal mühitlərində tətbiqetmələrin və hesabat sistemlərinin konfiqurasiyası, tətbiqi və saxlanması, proqram sistemləri üçün proseslərin və protokolların sənədləşdirilməsi, 2-ci səviyyəli dəstəyin təmin edilməsi daxildir, lakin bunlarla məhdudlaşmır. Bu vəzifə həm də qruplararası müzakirələr üçün peşə biliyi mənbəyi rolunu oynayacaq, bütün daxili və xarici müştərilər üçün xidmət əlçatanlığı və məmnuniyyətini maksimum dərəcədə artırmaq məqsədi ilə əsas hadisələrin həlli səylərini asanlaşdıracaq.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Proqram serveri və verilənlər bazası səviyyələrində sınaq və istehsal mühitlərində biznes proqramları/hesabat sistemlərini konfiqurasiya etmək, həyata keçirmək və qorumaq.
  • İstehsal proqramlarının mövcudluğunu, tutumunu və iş keyfiyyətini saxlamaq və nəzarət etmək.
  • Dəyişikliklərin idarə edilməsi prosesinə uyğun olaraq sınaq/istehsal mühitlərində tətbiqetmə dəyişikliklərini idarə etmək.
  • İnzibati və xidmət hesabları yaratmaq və saxlamaq.
  • Tətbiqetmələrin düzgün icrası üçün kifayət qədər imkana malik olmasını fəal şəkildə təmin etmək.
  • Problemləri tənzimləmək, həll etmək və sənədləşdirmək üçün tərtibatçılar və təchizatçılarla sıx əməkdaşlıq etmək.
  • Biznes əməliyyatlarının cari və gələcək mühitlərdə düzgün işləməsini təmin etmək üçün İT komandası və daxili müştərilərlə dəyişikliklər, təkmilləşdirmələr/texniki xidmət cədvəlləri və yeni xidmətləri planlaşdırmaq, əlaqələndirmək, sınaqdan keçirmək və bildirmək.
  • Müvafiq nəzarət və audit jurnallarının mövcud olmasını təmin etmək üçün İT və Daxili Nəzarət / Risk şöbələri ilə sıx əməkdaşlıq etmək.
  • Proqram təminatı üzrə mühəndislərə 2-ci səviyyəli dəstək xidməti göstərmək.
  • Sistem sənədlərini saxlamaq.
  • Müvafiq texnologiyalar və biznes prosesləri haqqında cari bilikləri saxlamaq.
  • Emal edilən, saxlanılan və ya əldə edilən məlumatlarla bağlı məxfiliyi qorumaq.
  • Təyin edilmiş digər vəzifələr

Namizəddən gözləntilərimiz

Təhsil və Təcrübə:

  • İnformasiya Sistemləri, Kompüter Elmi və/və ya Mühəndislik sahələrində bakalavr dərəcəsi.
  • Bank/maliyyə sektoru ilə əlaqədar mürəkkəb proqramlaşdırma portfelinin saxlanılması üzrə ən azı 2 il təcrübə.
  • Microsoft PowerShell ilə iş təcrübəsi.
  • Skript dillərində dərin biliklər.
  • Microsoft SQL və Oracle verilənlər bazalarında baza cədvəlləri, görünüşlər, prosedurlar, paketlər, SQL əmrləri və digərləri də daxil olmaqla, əsas verilənlər bazası texnologiyaları haqqında biliklər.
  • Microsoft və digər sənaye texnologiyaları üzrə güclü biliklər.

Bacarıqlar:

  • Problem həll etmə
  • Analitik Düşüncə bacarığı
  • Yenilikçi, Dəyişikliklərə uyğunlaşma bacarığı
  • Vaxtı İdarəetmə bacarığı
  • Komanda ilə işləmək bacarığı

Digər Bilik və Bacarıqlar:

  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq qabiliyyəti tələb olunur (Rus dili üstünlük olaraq dəyərləndiriləcək)

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda müraciət etmək üçün aşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 11  Oktyabr, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 18 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.