Müraciət tarixi: 29/12/2022 - 05/02/2023

İş yeri: Naxçıvan

Vəzifə: Ərazi üzrə Supervayzer

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Ərazi üzrə Supervayzer (Naxçıvan ərazisi üzrə)  vəzifəsini elan edir.

Son müraciət tarixi: 05.02.2023

 Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Müvafiq Ərazi üzrə filialın əməliyyatlarının aparılmasında və kəsintisiz iş fəaliyyətinin təmin edilməsində Ərazi Menecerinə aktiv dəstək olmaq
  • Biznes əməliyyatlarını izləmək, daxili qayda və reqlamentlərə uyğun olaraq fəaliyyət göstərmələrini təmin etmək
  • İşçi Heyəti ilə davamlı əlaqədə olaraq əməliyyatların aparılmasında liderlik sərgiləmək, işçi heyətinin motivasiyasının və iş keyfiyyətlərinin artırılmasında Ərazi Menecerinə dəstək olmaqla, iş prosesi zamanı yaranmış problemlərin həllində proaktiv yanaşma göstərərək həll etmək

 

Namizəddən gözləntilərimiz

  • Təhsil Bakalavr (Maliyyə, İqtisadiyyat, Marketinq və digər müvafiq sahələr üzrəarzuolunandır)
  • Kreditvermə sahəsində ən azı 3 il iş təcrübəsi, o cümlədən kreditvermə sahəsində 2 il  Ərazidə  işləmək təcrübəsinin olması
  • Ümumi Kreditvermə prosess və prosedurları haqqında məlumatlı olmaq, kredit məhsullarına dair kreditvermə siyasəti və prosedurları üzrə işləmə bacarıqları
  • İnzibati və idari işlərin idarə edilməsi üzrə koordinasiya və təşkilatçılıq bacarıqları
  • Microsoft Office proqramlarını əla səviyyədə işləmə bacarığı (xüsusən Excel,Word)
  • Azərbaycan dili-səİngilis dili-arzuolunandır

Bacarıqlar

  • Liderlik bacarığı
  • Fikrini aydın ifadə etmək
  • Ünsiyyət bacarıqları
  • Analitik düşüncə bacarığı
  • Problemi həlletmə bacarığı
  • Təşəbbüskarlıq
  • Yenilikçi
  • Komanda işi

 

Qeyd: 

İş vaxtının 60%-ə yaxın hissəsini Əraziyə və müştərilərə səfərlər təşkil    edəcək 

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda müraciət etmək üçün âaşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI düyməsinə basın, 05 Fevral, 2023 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 17 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.