Müraciət tarixi: 19/01/2022 - 04/02/2022
İş yeri: Baş ofis
Vəzifə: RİSKLƏRİN İDARƏ EDİLMƏSİ departamentində İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ və BİZNESİN DAVAMLILIĞI üzrə MÜTƏXƏSSİS
“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.
Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı RİSKLƏRİN İDARƏ EDİLMƏSİ departamentində İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ və BİZNESİN DAVAMLILIĞI üzrə MÜTƏXƏSSİS vəzifəsinə işçi axtarışı elan edir.
“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.
XÜLASƏ
İnformasiya Təhlükəsizliyi və Biznesin Davamlılığı üzrə Mütəxəssis, ilk növbədə, təşkilat daxilində İnformasiya Təhlükəsizliyi təşəbbüslərinin koordinasiyası və məlumat təhlükəsizliyi və davamlılıq siyasəti sənədlərində nəzərdə tutulduğu kimi İnformasiya Təhlükəsizliyi və Davamlılıq tələblərinə uyğun olmasını təmin etmək üçün məsuliyyət daşıyır.
İnformasiya Təhlükəsizliyi və Biznesə Davamlılıq üzrə Mütəxəssis öhdəliklərinə informasiya təhlükəsizliyi risklərinin idarə edilməsi və informasiya təhlükəsizliyi, fiziki təhlükəsizlik, biznesə davamlılıq planlaması, böhranların idarə edilməsi, məxfilik və riayətetmə ilə bağlı uyğunluğu daxildir. Bu rol həmçinin filial daxilində FINCA-nın korporativ siyasət və prosedurlarının qəbul edilməsi və həyata keçirilməsinə istiqamət verir.
ƏSAS ÖHDƏLİKLƏR
- Təşkilat üçün İnformasiya Təhlükəsizliyi və Davamlılıq üzrə yeganə rəsmi əlaqədar şəxs kimi çıxış etmək
- İnformasiya təhlükəsizliyinin Təşkilatın biznes strategiyaları və tələbləri ilə davamlı inteqrasiyasını təmin etmək
- Təşkilat daxilində Təhlükəsizlik və Davamlılıq Siyasətlərinin, standart və prosedurların həyata keçirilməsi prosesini asanlaşdırmaq və informasiya təhlükəsizliyinə dair yerli səviyyədə verilən tapşırıq və fəaliyyətlərin yerinə yetirilməsini təmin etmək
- Təşkilat daxilində Təhlükəsizlik və Davamlılığa dair “Risk və Uyğunluq” Fəaliyyətlərini koordinasiya etmək və dəstəkləmək
- Məlumatların Sızmasının Qarşısının Alınması ilə bağlı hadisələrə nəzarət etmək və bu barədə məlumat vermək
- Zəifliklərin müəyyənləşdirilməsi və düzəldilməsi barədə əsas tərəfdaşlarla əməkdaşlıq etmək
- Biznes Təsir Analizini (BTA) asanlaşdırmaq
- Təhlükəsizlik hadisələrinin mütəmadi nəzarətini həyata keçirmək
- Layihə və Dəyişikliklərə Təhlükəsizlik və Davamlılıqla əlaqədar lazımi diqqəti göstərmək
- Təşkilatda İnformasiya Təhlükəsizliyi və Davamlılığa dair məlumatlılıq və təlim proqramının həyata keçirilməsini koordinasiya etmək
- Təşkilatın biznes bölmələri və infrastrukturu boyunca biznes və İT davamlılıq planını və fövqəladə hallardan çıxış cəhdlərini koordinasiya etmək
- Təşkilatda İnformasiya Təhlükəsizliyi ilə bağlı hadisələrə reaksiyanı və bu barədə məlumat verilməsi prosesini koordinasiya etmək
- Təyin olunan digər öhdəliklər
Tələb olunan BİLİK və BACARIQLAR:
- Kompüter elmləri, kiber təhlükəsizlik, menecment informasiya sistemləri, biznesin idarə edilməsi və ya əlaqədar ixtisaslar üzrə bakalavr dərəcəsinə üstünlük verilir. Və ya Kiber Təhlükəsizlik, İnformasiya Təhlükəsizliyi sahələri üzrə son buraxılış ili Bakalavr/Magistr dərəcəsi
- İnformasiya texnologiyaları istiqamətində iş təcrübəsi, xüsusən beynəlxalq təşkilatlarda arzuolunandır
- Mikromaliyyə və ya bank təşkilatlarında təcrübəyə üstünlük verilir
- ISO 27001, NIST, COBIT və PCI DSS kimi təhlükəsizliyə dair milli və beynəlxalq tənzimləyici uyğunluq standartları və çərçivələri barədə iş biliyi arzuolunandir
- Sənaye sertifikatları (məs. ISC2 SSCP, CompTIA Security+ ) sahiblərinə üstünlük verilir
- Təhlükəsizlik təminatçısı sertifikatları (məsələn, Cisco, TrendMicro, Splunk, Qualys) sahiblərinə üstünlük verilir
- Log Management, anti-malware qorunması, firewalls və s. üstünlük verilir
- Azərbaycan dilində səlislik, İngilis dili orta səviyyədə (əsasən danışıq qabiliyyəti) tələb olunur. Rus dili biliyinə üstünlük verilir
- MS Office (Word, Excel, Outlook, Power Point) bilik və bacarıqlar
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 04 Fevral 2022–ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində İnformasiya Təhlükəsizliyi və Biznesin Davamlılığı üzrə Mütəxəssis qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.