Müraciət tarixi: 05/05/2019 - 13/05/2019
Vəzifə: NAXÇIVAN OFİSİ üçün MÜŞTƏRİ ƏLAQƏLƏRİ ÜZRƏ İŞÇİ
Departament : İnsan Resursları
İşin təsviri
Ölkədə 1998-ci ildən bəri fəaliyyət göstərən “FINCA Azerbaijan”, 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir. Bu şəbəkə aşağı gəlirli insanların və icmaların öz gələcəklərinə yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” isə ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. Şirkət kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.
Hal-hazrıda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı NAXÇIVAN OFİSİ üçün MÜŞTƏRİ ƏLAQƏLƏRİ ÜZRƏ İŞÇİ (MƏİ) vəzifəsinə işçi axtarışı elan edir.
“FINCA Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.
Məqsəd:
Təşkilatda ön ofis xidmətlərinin təminatçısı olan Müştəri Əlaqələri üzrə İşçi (MƏİ) yüksək keyfiyyətli müştəri xidmətləri göstərmək, çoxsaylı müştəri müraciətlərini cavablandırmaq üzrə məsuliyyət daşıyır, Kreditvermə Təlimatı və şirkətin digər əlaqəli Prosedurları ilə müəyyənləşdirilən məhdudiyyətlər çərçivəsində bütün qərarları verir və lazımi addım atır. Bundan əlavə, MƏİ İnzibati Təlimatda qeyd olunduğu qaydada filial ofisində yerləşən inventarların idarə olunmasına tam məsuliyyət daşıyır.
ƏSAS ÖHDƏLİKLƏR
Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək;
Kredit sənədlərinin tənzimlənməsi və Portfelin idarə olunması prosesində mərkəzləşdirilmiş şöbələrə dəstək göstərmək;
Kreditin verilməsi və çatdırılma kanallarını dəstəklə təmin etmək;
Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə müəyyənləşdirilmiş qaydada filialın inzibati tapşırıqlarını icra etmək və arxiv funksiyasını idarə etmək;
Tələb olunan hesabatları hazırlamaq və Sahə Menecerinə təqdim etmək;
Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə xoş münasibət qurmaq və səmərəli əməkdaşlığı təmin etmək;
Müəssisə tərəfindən təşkil olunmuş bütün müvafiq təlim fəaliyyətlərində və seminarlarda fəal iştirak etmək;
Digər öhdəlikləri icra etmək;
Tələblər:
Ali təhsil : Bakalavr Dərəcəsi/Biznes, iqtisadiyyat, mühasibatlıq və ya bizneslə əlaqəli digər sahədə əldə olunan Diploma üstünlük verilir;
Müştəri xidmətləri və ön ofis təcrübəsinə üstünlük verilir;
Azərbaycan dilini səlis bilmək;
MS Office (MS Word, MS Excel, MS Outlook) sahəsində əsas biliklər; normal çapetmə və məlumat daxiletmə bacarıqları;
Tələb olunarsa, FINCA Azərbaycanın müxtəlif filial ofislərinə səfərlərə və/və ya rotasiya hazır olmalı.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 13 May 2019-cu il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində MƏİ (Naxçıvan) qeyd etməklə göndərə bilərsiniz.