Müraciət tarixi: 27/02/2020 - 06/03/2020

İş yeri: Naxçıvan

Vəzifə: NAXÇIVAN  OFİSİ üçün İNZİBATİ KÖMƏKÇİ  

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı NAXÇIVAN  OFİSİ üçün İNZİBATİ KÖMƏKÇİ  vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

ƏSAS ÖHDƏLİKLƏR:

Filiala gələn şəxsləri və ya zəngləri qəbul etmək və onların sorğularını cavablandırmaq və ya ehtiyaclarına uyğun olaraq müvafiq şəxslərə yönləndirməyi təmin etmək;
Telefonlara peşəkarcasına cavab verilməsini və daxil olan zənglərin səmərəli şəkildə ünvanlarına çatdırılmasını təmin etmək;
Komputerdən ,poçtdan vəya faks maşından istifadə etməklə məlumat və ya sənədlərin tələb olunan ünvanlara/şəxslərə göndərilməsini təmin etmək ;
Filialın qrafik üzrə təmizlənməsini  və bütün  zamanlarda Filialda peşəkar mühütin  qorunub saxlanılmasını təmin etmək;
Filial  inventarlarını “FINCA Azerbaijan” ın siyasət və prosedurlarına uyğun şəkildə saxlamaq;
Mətbəx avadanlıqlarının  “FINCA Azerbaijan”ın siyasət və prosedurlarına uyğun şəkildə təchiz edilməsini və onların təmiz və saz vəziyyətdə olmasını təmin etmək;
Davamlı olaraq ofis avadanlıqlarının işlək vəziyyətdə olmasını təmin etmək və qoruyub saxlamaq;
“FINCA Azerbaijan”ın siyasət və prosedurlarına uyğun şəkildə filalın büllüten lövhəsinə nəzarət etmək və daima yenilənməsini təmin etmək; bu istiqamət üzrə catışmazlıqları (buklet, flyer, poster və s.) müəyyən edərək aradan qaldırılmasına operativ olaraq nəzarət etmək.
Filialın təhlükəsizlik işlərinin təşkilinə nəzarət etmək və qoyulmuş təhlükəsizlik protokollarına əməl edilməsini təmin etmək;
Тələb olunduqda təyinati “FINCA Azerbaijan” Filialina gələn və ya ordan gedən heyət üzvləri və ya qonaqlar üçün logistik işlərin təşkilini həyata keçirmək;
Lazım gələrsə, qəbul edilmiş prosedurlara uyğun olaraq yenilənmiş yanğın təhlükəsizliyi və ilk yardım təlimi/vərdişlərini və Filialın əlahiddə vəziyyətlərə hazır olmasını təmin etmək;
“FINCA Azerbaijan”ın siyasət və prosedurlarına uyğun olaraq kommunal ödənişlərini icra etmək və bu müqavilələr üzrə ofis sahibi ilə koordinasiya işləri aparmaq;
Ərazi əhatəsində olan ofislərin MƏİ işçiləri ilə əlaqəli işləyərək həmin ofislərdə inzibati işlərlə bağlı məsələlərə, problemlərin həllinə dəstək göstərmək;
Poçt vasitəsi ilə daxil olan və göndərilən bütün məktub ,teleqram və s.-ləri qəbul etmək,qeydiyyat almaq və qovluğa tikmək;
“FINCA Azerbaijan”ın siyasət və prosedurlarına uyğun olaraq bağlamaların alınması və digər “FINCA Azerbaijan” idarələrinə göndərilməsini təşkil və idarə etmək;
Lazım gəldikdə ,İnzibati Təlimat və Maliyyə Təlimatının maddələrinə uyğun olaraq “FINCA Azerbaijan”ın alqı prosedurasına həyata keçirmək;
Lazım gəldikcə , Filialda digər heyət üzvlərinə tərtibetmə,surətçıxarma, cildləmə və ya digər sənəd hazırlama işlərində kömək göstərmək;
“FINCA Azerbaijan”ın Əsas Təqviminə uyğun olaraq Filial təqviminin  yenilənib saxlanmasını təmin etmək;
Əməkdaşların işə davamiyyətinin qeydiyyatını aparmaq və bu proses üzrə məlumatları hesabat formasında dövri olaraq xətti menecerinə təqdimm etmək;
Təşkilati tədbirlərin həyata keçirilməsində məsul şəxs olaraq aktiv koordinasiya işlərini icra edə bilmək;
Filiallarda imzalanıb, elektronlaşdırılmış (skan) edilmiş kredit müqavilələrinin təşkilatın təlimat tələblərinə uyğun olaraq hazırlanıb, baş ofisə göndərilməsini təmin etmək;
Fiziki sənədlərin tam olaraq toplanmasını təşkil etmək, yaranmış çatışmazlıqlar ilə bağlı icraçını məlumatlandırıb, sənədlərin fiziki olaraq tamlığını təşkil etmək;
Lazım gəldikdə ,bu iş təsvirində qeyd olunmamış,gündəlik iş prosesində İnzibati və ya xətti rəhbər tərəfindən tapşırılan digər inzibati tapşırıqları yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar:

 

Ali təhsil
Microsoft ofis proqramları üzrə bilik (word və excel) və çap etmə bacarığı
Xidmət yönümlü – Aktiv şəkildə insanlara köməklik göstərməyə səy göstərmək
Yüksək şifahi ünsiyyət- məlumatları effektiv şəkildə çatdırmaq üçün digərləri ilə danışmaq bacarığı
Əlaqələndirmə – fəaliyyətləri digərlərinin fəaliyyətləri ilə uyğunlaşdırmaq
Filialdaxili şəxslərarası ünsiyyəti qurmaq və qoruyub saxlamaq
İşində düzgünlüyə və təfərrüatlara diqqət yetirəmk

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 6 Mart 2020-ci il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində İNZİBATİ KÖMƏKÇİ (NAXÇIVAN)qeyd etməklə göndərə bilərsiniz.