Müraciət tarixi: 11/08/2022 - 24/08/2022

İş yeri: Yevlax

Vəzifə: Müştəri Əlaqələi üzrə İşçi

Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Yevlax filialı  MÜŞTƏRİ ƏLAQƏLƏRİ ÜZRƏ İŞÇİ vəzifəsinə işçi axtarışı elan edir.

 Rol haqqında

Şirkətdə Ön Ofis xidmətlərinin təminatçısı olan Müştəri Əlaqələri üzrə İşçi şirkətin təqdim etdiyi kreditlərin verilməsi prosesinə dəstək, həmçinin yüksək keyfiyyətli müştəri xidmətlərini göstərmək, çoxsaylı müştəri müraciətlərini cavablandırmaq üzrə cavabdehdir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək
  • Kredit sənədlərinin tənzimlənməsi və portfelin idarə olunması prosesində mərkəzləşdirilmiş şöbələrə dəstək göstərmək
  • Kreditin verilməsi və çatdırılma kanallarını dəstəklə təmin etmək
  • Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə müəyyənləşdirilmiş qaydada filialın inzibati tapşırıqlarını icra etmək və arxiv funksiyasını idarə etmək
  • Tələb olunan hesabatları hazırlamaq və Sahə Menecerinə təqdim etmək
  • Tələb olunarsa, “FİNCA Azərbaycan”ın müxtəlif filial ofislərinə səfərlər və/və ya rotasiya

Namizəddən gözləntilərimiz

  • Müştəri Xidmətləri və Arxa Ofis üzrə ən azı 6 ay iş təcrübəsi
  • MS Office (MS Word, MS Excel, MS Outlook) bilikləri
  • İşgüzarlıq və aktivlik bacarıqları
  • Təhsil: Tam Orta İxtisas Təhsilli (və ya Ali Təhsili davam edən və ya bitirmiş olan namizədlərə üstünlük veriləcək)
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq qabiliyyəti

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda müraciət etmək üçün aşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 23 Avqust, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 18 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.