Müraciət tarixi: 27/01/2023 - 12/02/2023
İş yeri: Baş ofis
Vəzifə: Məlumatların keyfiyyəti üzrə mütəxəssis
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Məlumatların keyfiyyəti üzrə mütəxəssis (Daxili Nəzarət şöbəsi) vəzifəsini elan edir.
Rol haqqında
Məlumatların Keyfiyyəti üzrə Mütəxəssis məlumatların düzgünlüyünü və istifadə etdiyimiz verilənlər bazalarının funksionallığını təmin etmək üçün məsuliyyət daşıyır. Komandanın bir hissəsi kimi və təşkilat daxilində həmkarlar ilə birlikdə fəaliyyət göstərir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- Saytın Keyfiyyət üzrə İdarəetmə proseslərinə və prosedurlarına, məlumatların idarə edilməsi ilə bağlı normativ tələblərə uyğunluğuna, o cümlədən Törəmə müəssisədə məlumatların idarə edilməsi proseslərinə və performansa nəzarət edən göstəricilərin hazırlanması.
- Məlumatların bütövlüyü ilə bağlı sorğular üzrə daxili, xarici və tənzimləyici yoxlamalar zamanı dəstək göstərmə
- Məlumatların bütövlüyü ilə bağlı hadisələrin qarşısının alınmasını, aşkar edilməsini təmin etmək üçün əlaqə və əməliyyat planları
- Məlumatların keyfiyyəti ilə bağlı siyasət və prosedurlarda yaranan boşluqların təhlilində iş
- Problemləri müəyyənləşdirmək və ətraflı düşünməklə, eyni zamanda təkmilləşdirilmiş iş təcrübələrini müəyyən edərək tətbiq etməklə onları həll etmək üçün çalış
- Biznes prosesləri/sistemləri üzrə məlumatların keyfiyyətinə dair müntəzəm yoxlamalar həyata keçirmə
- Məlumat daxil edilərkən yarananan xətaları müəyyən etmək və həmkarlara həll yolları təklif etmə
- Məlumatların keyfiyyətinə dair hesabatların hazırlanması.
- Risk Menecerinə, Hesabat və Proqram Təminatı üzrə Komitəyə Məlumatların İdarə Edilməsi prosesinin təkmilləşdirilməsi ilə bağlı məsləhətlərin verilmə
- Məlumatların daxil edilməsi, proseslər və hesabatlarla bağlı səhvləri müəyyən etmək üçün məlumatların keyfiyyətinə dair həftəlik və aylıq yoxlamalar aparmaq.
- Risk Menecerinə, Daxili Nəzarət və Uyğunluq Şöbəsinin Rəhbərinə məlumatların keyfiyyəti ilə bağlı məsələlərin aylıq hesabatını təqdim etmə
- Məqsədlərə çatmaq və biznesi irəli aparmaq üçün məsuliyyət götürməklə, tələb olunanları etmək üçün təşəbbüs göstərməklə, məqsədlərə çatmaq üçün enerji və həvəs yaratmaqla işə qarşı sevgi, dürüstlük nümayiş etdirmə
- Müəyyən edilmiş səhvlərin həlli yollarının vaxtında işlənib hazırlanması üçün həmkarlar ilə əlaqə
- Ümumi səhvlərin aradan qaldırılması üçün aydın təlimatlar hazırlamaq və onları işçilərlə paylaş
- FAZ-ın məlumat strategiyasını həyata keçirmək üçün həmkarlar ilə işləmə
- Əməliyyat proseslərinin məqsədə uyğun olmasını təmin etmək üçün təşkilat daxilindəki həmkarlar ilə işləmək
- Rəhbərliyin tələb etdiyi məlumat hesabatlarını hazırlamaq məqsədilə işçi qrupu ilə işləmə
- Məlumatların idarə edilməsi prosesini təkmilləşdirmək və inkişaf etdirmək üçün şirkət layihələrində iştirak etmə
- İşçilərə Məlumatların Keyfiyyəti üzrə müntəzəm təlimlərin keçirilmə
Namizəddən gözləntilərimiz
Təhsil və Təcrübə:
- Ali təhsil – Riyaziyyat, kibernetika, mühəndislik və ya informasiya sistemləri üzrə bakalavr dərəcəsi və ya təhsil və təcrübənin ekvivalent kombinasiyası
- Maliyyə təşkilatlarında ən azı 2 il iş təcrübəsi.
- SQL biliyi olanlara üstünlük verilir
- Strukturlaşdırılmış/strukturlaşdırılmamış verilənlər bazaları, verilənlərin modelləşdirilməsi, məlumatların idarə edilməsi, sürətli/iterativ inkişaf metodologiyaları və məlumatların idarə edilməsi vasitələri haqqında biliklər;
Bacarıqlar:
- Analitik yanaşma
- Keyfiyyət
- Təhlükəsizlik və mühafizə
- Etibarlılıq
- İnnovasiya
- Problemlərin həlli və tənqidi düşünmə
Digər Bilik və Bacarıqlar:
- Azərbaycan dilində səlist danışmaq və yazmaq bacarığı
- İngilis dilində yaxşı yazı bacarıqları olanlara üstünlük verilir
- MS Proqramları üzrə yaxşı bilik
Seçimlərdə növbəti addımlar
Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda
müraciət etmək üçün aşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 12 Fevral, 2023 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!
Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
“FINCA Azerbaijan” haqqında
“FINCA Azerbaijan” icma əsaslı 17 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.