Müraciət tarixi: 23/09/2022 - 10/10/2022

İş yeri: Baş ofis

Vəzifə: Məlumat İdarəedilməsi üzrə Kiçik İşçi

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Məlumat İdarəedilməsi üzrə Kiçik  İşçi vəzifəsini elan edir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Müştəri Məlumat bazasını saxlamaq üçün tələb olunan tərzdə məlumatları daxil etmək və yeni kredit ərizələrini hazırlamaq və vaxtı-vaxtında kredit sənədlərini təhvil vermək.
  • “FİNCA Azerbaijan” Təşkilatının  EL proqramına yüklənən kredit sənədlərini   kredit əməliyyatlarına dair uyğun qeydləri Flexcube proqramına daxil etmək, qüvvədə olan maliyyə təlimat və qaydalarının həyata keçirilməsini təmin etmək.
  • MMİİ əməliyyatlar şöbəsinin digər üzvləri ilə birlikdə çalışaraq bütün fəaliyyətin səmərəli yerinə yetirilməsini təmin etmək;

Namizəddən gözləntilərimiz

Təhsil və Təcrübə:

  • Maliyyə, İqtisadiyyat, Marketinq və digər uyğun sahələr üzrə bakalavr təhsili
  • Müştəri xidmətləri sahəsində təcrübə (arzu olunandır)
  • Ümumi kreditvermə proses və prosedurları haqqında biliklər (üstünlük kimi dəyərləndiriləcək)
  • İnformasiya Sistemlərinin İdarəedilməsi üzrə təcrübə (üstünlük kimi dəyərləndiriləcək)

 Bacarıqlar:

  • Ünsiyyət bacarıqları (yüksək səviyyədə): fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq, daxili müştərilər ilə danışıqların aparılması təcrübəsi
  • Analitik Düşüncə bacarığı
  • Vaxtı İdarəetmə bacarığı
  • Komanda ilə işləmək bacarığı

Digər Bilik və Bacarıqlar:

  • Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq qabiliyyəti, İngilis dilini bilmək üstünlük kimi dəyərləndiriləcək
  • MS Office proqramları üzrə biliklər (MS Word, MS Excel, MS Outlook), məlumat daxiletmə və çapetmə bacarığı

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda

müraciət etmək üçün aşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın,  10 Oktyabr, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

 “FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 18 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.