Müraciət tarixi: 02/12/2022 - 14/12/2022

İş yeri: Baş ofis

Vəzifə: Məlumat Bazası Hesabatları üzrə Tərtibatçı

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Məlumat Bazası Hesabatları üzrə Tərtibatçı  vəzifəsini elan edir.

 Rol haqqında

Məlumat Bazası Hesabatları üzrə Tərtibatçı Prudensial və Əməliyyat hesabatlarının yaradılmasına məsuliyyət daşıyır.

 Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Analitik və əməliyyat hesabatları üçün istifadəçi tələblərinin  toplanması, texniki spekifikasiyaların (təfsilatların) hazırlanması
  • İstifadəçilərin tələblərinə cavab verən hesabatların tərtib olunması
  • Hesabat məlumatlarının reallığının yoxlanılması
  • Qərarvermə prosesini dəstəkləmək üçün tam və mükəmməl hesabat toplusunun yaradılması
  • Məlumat Bazası Hesabatları Anbarının (Database Reporting Warehouse) planlaşdırılması və yaradılması.
  • Mütəmadi istiqamətləndirmə, problematik məsələlərin həllinə dəstək və istifadəçilərin MİS hesabatları ilə bağlı sual və müraciətlərinə cavab verilməsi
  • Lazım olduqda FINCA Azerbaijan istifadəçilərinin təlimlə təmin olunması (plana və qrafikə müvafiq şəkildə)
  • MİS hesabatlarının nəticələrinin analizi və onların səmərəliliyin artırılması üçün təkliflərin irəli sürülməsi

.

Namizəddən gözləntilərimiz:

Təhsil və təcrübə:

  • İnformasiya Texnologiyaları sahəsində ali təhsil.
  • Müvafiq sahə üzrə ən az 2 il təcrübə.
  • Məlumat bazasının idarə olunması və proqramlaşdırılması üzrə istənilən şəhadətnamə üstünlük sayılır
  • Bacarıqlar:
  • T-SQL,PL-SQL üzrə dərin bilik, mürəkkəb sorğular yazmaq və optimallaşdırmaq bacarığı;
  • SQL Server 2000/2005,Oracle 10 g proqramlaşdırması və idarə olunması üzrə dərin bilik, views, triggers, stored prosedurasının yaradılmasına dair praktik təcrübə;
  • Proqram yazmaq üzrə təcrübə, VB, VBA, Vb.net, C++,C#, Delphi proqramlaşdırma dillərindən heç olmasa birində praktiki təcrübə;
  • Hesabat sistemlərinə dair praktik təcrübə (Excel, Access, Crystal Report, Reporting Services)
  • Şəbəkə, Active Directory, TCP/IP üzrə ümumi biliklər;
  • Maliyyə, mühasibatlıq, bank əməliyyatları və mikromaliyyə üzrə ümumi biliklər;
  • Azərbaycan və rus dillərində sərbəst danışmaq və yazmaq, texniki ingilis dili.

 

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda

müraciət etmək üçün âaşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın,  14 Dekabr, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 17 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.