Müraciət tarixi: 28/03/2022 - 06/04/2022
İş yeri: Baş ofis
Vəzifə: MƏRKƏZLƏŞDİRİLMİŞ KREDİT SATIŞI üzrə İŞÇİ
Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı MƏRKƏZLƏŞDİRİLMİŞ KREDİT SATIŞI üzrə İŞÇİ vəzifəsinə işçi axtarışı elan edir.
Rol haqqında
Mərkəzləşdirilmiş Kredit Satışı üzrə İşçi müştərilərə ehtiyaclarını müəyyən etməkdə dəstək olaraq onların ehtiyaclarını ödəyəcək kredit məhsullarını və miqdarını seçməkdə məsləhət verəcək məsul şəxsdir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- Müştərinin cari kredit və sahib olduğu biznes növü ilə hesabatdan və ya ehtiyac olduğu təqdirdə sistem üzərindən tanış olmaq
- Müştəriyə məhsulu satmaq üçün FİNCA məhsulunun üstünlüklərini və sadələşdirilmiş kreditvermə prosesini təsvir etmək
- Müştəri imtina edərsə imtina səbəbini müəyyən etmək və əgər səbəb FİNCA ilə bağlıdırsa, problemin mümkün həll yollarını təklif etmək
- Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlayaraq yüksək keyfiyyətli satış imkanları yaratmaq
- Ehtiyac olduğu təqdirdə potensial müştərilərlə vaxtı-vaxtında əlaqə saxlayaraq prosesi nəzarətdə saxlamaq
- Xarici mənbələrədən (kredit qeydiyyatı, büro və digər) müştərinin xarici kredit tarixçəsini yoxlamaq və proqrama daxil etmək
- Etdiyi zənglər əsasında gündəlik/ həftəlik hesabat hazırlamaq
Namizəddən gözləntilərimiz
Təhsil:
- Bakalavr dərəcəsi arzuolunandır – Maliyyə, İqtisadiyyat, Marketinq və digər uyğun sahələr üzrə
Təcrübə:
- Satış xidmətləri sahəsində ən azı 6 ay təcrübə (kredit vermə və digər oxşar sahə üzrə təcrübəyə üstünlük verilir)
- Kredit məhsullarına dair kreditvermə siyasəti və prosedurları üzrə işləmə bacarıqları
- Ümumi kreditvermə proses və prosedurları haqqında məlumatlı olmaq
Bacarıqlar:
- Fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq
- Analitik düşüncə qabiliyyəti
- Yüksək təşkilati və vaxtı idarəetmə bacarığı
- Komanda ilə iş bacarığı
Dil bilikləri:
- Azərbaycan dilində səlist danışmaq və yazmaq bacarığı
Kompyuter bilikləri:
- Microsoft Office proqramları daxil olmaqla kömpüter bilik və bacarığı
Qeyd:
bu vəzifəni icra edən işçilər satış prosesini stimullaşdırmaq məqsədi daşıyan xüsusi qiymətləndirməyə cəlb olunacaqlar.
İşçilər üçün vəzifə daxilində qəbul olunmuş vaxt çərçivəsində növbəti səviyyəyə yüksəlmə nəzərdə tutulub. (Əsas Fəaliyyət Göstəricilərinin nəticələrinə və qəbul olunmuş prosedura əsasən)
Bu yüksəlmə mexanizmi şirkət rəhbərliyi tərəfindən təşviq olunur.
Seçimlərdə növbəti addımlar
Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda müraciət etmək üçün âaşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 06 Aprel, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!
Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.
Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
“FINCA Azerbaijan” haqqında
“FINCA Azerbaijan” icma əsaslı 19 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.