Müraciət tarixi: 11/12/2020 - 06/01/2021

İş yeri: Bakı - Mərkəz filialı

Vəzifə: MƏRKƏZ FİLİALI üçün SÜRÜCÜ

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazırda “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı MƏRKƏZ FİLİALI üçün SÜRÜCÜ vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Tələblər

  • Şəxsi minik avtomobilinə malik olan;
  • Bakı  şəhərini  və regionları yaxşı tanıyan;
  • Etibarlı sürücülük vəsiqəsinə malik olan;
  • Ən azı 10 il sürücülük təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq bacarığı

Əlavə məlumat

  • Ərizə formasında minik avtomobilinin buraxılış ili və markası mütləq göstərilməlidir.

 Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 06 yanvar 2021ci il tarixdən  gec olmamaq  şərtilə recruitment@fincaazerbaijan.com electron  ünvanına Subject/Mövzu  hissəsində  Sürücü (Mərkəz) qeyd  etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.