Müraciət tarixi: 30/06/2022 - 15/07/2022

İş yeri: Şəmkir

Vəzifə: Kredit Yoxlanışı üzrə İşçi

Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı  Şəmkir filialı üçün KREDİT YOXLANIŞI üzrə İŞÇİ vəzifəsinə işçi axtarışı elan edir.

Rol haqqında

Kredit Yoxlanışı üzrə İşçi, Ərazi üzrə Menecerin dəstəyi ilə və uyğun nəzarəti altında işləyərək kreditvermədən öncə təsdiq olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd olunan kritik məlumatların yoxlanışı və təsdiqedilməsi prosesinin yekunlaşdırılmasına görə cavabdehdir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Kreditin verilməsinin məqsədə uyğunluğunu müəyyən etmək üçün kredit üçün müraciət edən müştərinin maliyyə və kredit statusunu təhlil etmək, əmlak qiymətləndirilməsini həyata keçirmək
  • Yerli ərazi və demoqrafik məlumatlar haqqında bilikləri əsasında borcalanın və zaminin verilən kreditə uyğunluğunu və ödəniş qabiliyyətini yoxlamaq
  • Ev və biznes ünvanlarını və digər məlumatları yoxlamaqla borcalanın və zaminin, həmçinin onların bizneslərinin (iqtisadi fəaliyyətinin) həqiqətən də mövcud olmaqlarına əmin olmaq və borcalan/zaminlə daim ünsiyyətdə olmaq
  • Yoxlanışlar zamanı hər hansısa ciddi səbəbdən uyğunsuzluğu aşkar etdikdə kreditvermənin dayandırılma prosesini başlatmaq
  • Siyasət və prosedurlara uyğun olaraq borcalanın biznesinin faktiki fəaliyyətini monitorinq etmək və verilən kreditin verilmə məqsədinə müvafiq olaraq istifadə edildiyini yoxlamaq
  • Yoxlanışlar zamanı hər hansısa ciddi səbəbdən uyğunsuzluğu aşkar etdikdə kreditvermənin dayandırılma prosesini başlatmaq

Namizəddən gözləntilərimiz

  • Ali təhsil, Mühasibatlıq/Maliyyə/İqtisadiyyat və ya oxşar sahlələrdə Bakalavr dərəcəsi olanlara üstünlük verilir
  • İş Təcrübəsi: Mikromaliyyə və ya Bank sahəsində ən azı 6 ay iş təcrübəsi. Kredit riski, kreditlərə nəzarət, tənzimləyici mühit və ya kommersiya kreditlərinin verilməsi sahələrində təcrübə arzuolunandır
  • MS Office proqramları üzrə biliklər (MS Word, MS Excel, MS Outlook), məlumat daxiletmə və  çapetmə bacarığı
  • Yüksək ünsiyyət qurma bacarıqları
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı
  • Əraziləri yaxşı tanımaq qabiliyyəti
  • Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması
  • Dil Bilikləri: Azərbaycan dili – səlis

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda

müraciət etmək üçün âaşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 14 İyul, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 18 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.