Müraciət tarixi: 09/06/2022 - 23/06/2022

İş yeri: Yevlax

Vəzifə: Kredit Yoxlanışı üzrə İşçi

Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı  Yexlax Filialı üçün Kredit Yoxlanışı üzrə İşçi vəzifəsinə işçi axtarışı elan edir.

Rol haqqında

Kredit Yoxlanışı üzrə İşçi, Ərazi üzrə Menecerin dəstəyi ilə və uyğun nəzarəti altında işləyərək kreditvermədən öncə təsdiq olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd olunan kritik məlumatların yoxlanışı və təsdiqedilməsi prosesinin yekunlaşdırılmasına görə cavabdehdir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Nağd pul vəsaitlərinin axını haqqında əsas mənbə sənədlərində qeyd olunan məlumatın MİS sisteminə daxil edildiyinə əmin olmaq və kredit müraciətlərininin həqiqiliyini və dəqiqliyini təmin etmək
  • Şirkət daxili və kənar məlumatların yoxlanışını edərək kreditə müraciət edən müştərinin Kredit Bürosunda və ya digər maliyyə institutları qarşısında hər hansı bir gecikməsinin olmamasına əmin olmaq
  • İşlərin gündəlik olaraq müvafiq Ərazi üzrə Menecerə göndərilməsini təmin etmək

 Namizəddən gözləntilərimiz

  • Ali təhsil, Mühasibatlıq/Maliyyə/İqtisadiyyat və ya oxşar sahlələrdə Bakalavr dərəcəsi olanlara üstünlük verilir
  • Mikromaliyyə və ya Kredit sahəsində ən azı 6 ay iş təcrübəsi
  • MS Office proqram bilikləri
  • Dil Bilikləri: Azərbaycan dili – səlis
  • Yüksək ünsiyyət qurma bacarıqları
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı
  • Əraziləri yaxşı tanımaq qabiliyyəti
  • Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda müraciət etmək üçün aşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın,  22 iyun, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Müraciətinizi həmçinin recruitment@fincaazerbaijan.com elektron ünvanına CV-nizi əlavə etməkləSubject/Mövzu hissəsində Kredit Yoxlanışı üzrə İşçi (Yevlax Filialı) qeyd etməklə 22 İyun 2022-ci il tarixindən (günün sonu) gec olmamaq şərtilə göndərə bilərsiniz.

Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 19 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.