Müraciət tarixi: 16/09/2022 - 10/10/2022

İş yeri: Baş ofis

Vəzifə: Korporativ Işlər üzrə Hüquqşunas

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı

KORPORATİV İŞLƏR ÜZRƏ HÜQUQŞUNAS vəzifəsini elan edir.

 

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Təşkilatdaxili korporativ sənədləşmə işlərinin aparılması- müqavilələrin o cümlədən beynəlxalq kredit müqavilələrinin, istiqrazların emissiyası ilə bağlı sənədələrin, ərizələrin, məktubların, Nizamnamə və ona əlavələrin, Təşkilatın struktur bölmələrinin və Filiallarının əsasnamələrinin qeydiyyata alınması üzrə korporativ sənədlərin hazırlanması, nəzərdən keçirilib rəy verilməsi, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi;
  • Təşkilatın tərəf olduğu korporativ mübahisələr üzrə iddia ərizələrini, şikayətləri, vəsatətləri və digər sənədləri hazırlamaq və məhkəmə işinin aparılmasını təşkil etmək;
  • Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
  • Departamentin digər hüquqşünaslarının fəaliyyətinin kordinasiya edilməsi və hüquqi dəstək fəaliyyətinin təşkil edilməsini təmini etmək.

Namizəddən gözləntilərimiz

Təhsil və Təcrübə:

  • Təhsil: Ali/Bakalavr – Hüquq üzrə
  • İş Təcrübəsi: Hüquqşunas olaraq minimum 1 il iş təcrübəsi
  • Mülki, xüsusi ilə Bank sahəsi üzrə qanunvericilik bilikləri

Digər Bilik və Bacarıqlar:

  • Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti,

İngilis və/və ya Rus dilləri üzrə orta danışıq və yazı qabiliyyəti

  • MS Office proqramları üzrə biliklər

Bacarıqlar:

  • Ünsiyyət bacarıqları (yüksək səviyyədə): fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq, daxili müştərilər ilə danışıqların aparılması təcrübəsi
  • Analitik Düşüncə bacarığı
  • Vaxtı İdarəetmə bacarığı
  • Komanda ilə işləmək bacarığı

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda

müraciət etmək üçün âaşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın,  10 Oktyabr, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

 “FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 18 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.