Müraciət tarixi: 13/10/2022 - 19/10/2022

İş yeri: Baş ofis

Vəzifə: Kiçik Mühasib

Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı KİÇİK MÜHASİB vəzifəsinə işçi axtarışı elan edir.

Rol haqqında

Kiçik Mühasib şirkətə dair mühasibat əməliyyatları FLEXCUBE informasiya sistemində həyata keçirir.  O təhkim olunmuş ərazi üzrə qüvvədə olan maliyyə təlimat və qaydalarının həyata keçirilməsini təmin edir və maliyyə şöbəsinin digər üzvləri ilə birlikdə çalışaraq bütün maliyyə fəaliyyətini səmərəli yerinə yetirir. O həmçinin ehtiyac yarandıqda digər maliyyə vəzifələrinin həyata keçirilməsində dəstək verir və maliyyə şöbəsinin digər üzvləri  habelə FİNCA-nın digər işçiləri və müştəriləri ilə müsbət işgüzar ünsiyyət saxlayır.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Təhkim olunmuş filial üzrə gündəlik mühasibatlıq vəzifələrinin (bank/kassa qalıqlarına nəzarət, tranzit hesablarının uzlaşdırılması, bank çıxarışları/kassa kitablarının yoxlanması və s.) yerinə yetirilməsində yardım etmək.
  • FLEXCUBE sisteminə yüklənmək üçün uyğun Jurnal Mühasibat Yazılışlarının (Journal Entry) elektron cədvəlini hazırlamaq.
  • Filial xərcləri üçün ayrılmış avans hesabatlarının və ezamiyyə xərcləri hesabatlarının yoxlanması. Bütün müşaiyətedici sənədlərin (çeklər, qəbzlər, tələbnamələr, müqavilələr və s.) Yoxlama Siyahısına uyğun olaraq yerində olmasına və xərclərin uyğun Büdcə Meneceri (və/və ya Filial Meneceri) tərəfindən təsdiq olunmasına əmin olmaq.
  • FLEXCUBE sisteminə yüklənmək üçün inzibati və ezamiyyə xərclərinin Baş Kitab hesabları üzrə kodlaşdırılması və paylaşdırılmasının elektron cədvəlini (“upload file”) hazırlamaq
  • Ezamiyyələrin uçotunun elektron sistemi vasitəsilə ezamiyyə əmrlərinin hazırlanması və fayllaşdırılması. Ezamiyyə avans tələbnamələrinin yoxlanması.
  • Ezamiyyə avanslarının HRİS sistemində bağlanmasına mütəmadi nəzarət.
  • Aylıq olaraq işçilərin təhtəlhesab avans qalıqları üzrə hesabatını hazırlamaq və Mühasibatlıq Menecerinə təqdim etmək. Qalıqların uyğun FLEXCUBE Baş Kitab (GL) hesab qalıqları ilə eyni olmasına əmin olmaq.
  • Mühasibatlıq Meneceri/Maliyyə Nəzarətçisi tərəfindən tələb edildikcə təhkim edilmiş region üzrə digər maliyyə hesabatlarını (treasury report, avanslar üzrə hesabat və s.) hazırlamaq.

Namizəddən gözləntilərimiz:

  • Ali Təhsil (Maliyyə,Mühasibatlıq Sahəsi üzrə)
  • Maliyyə,Mühasibatlıq sahəsində 2 ildən çox təcrübə
  • Ofis proqramları (MS Office) üzrə peşəkar təcrübə
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı
  • Vaxtın mükəmməl İdarə Edilməsi
  • Dil Bilikləri: Azərbaycan dili – səlis,ingilis dili orta (Rus dili arzuolunandır və üstünlük olaraq dəyərləndiriləcək)

Seçimlərdə növbəti addımlar

Əgər bu vakansiya sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda müraciət etmək üçün aşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 19 Oktyabr, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 19 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.