Müraciət tarixi: 16/11/2022 - 30/11/2022

İş yeri: Baş ofis

Vəzifə: İnzibati Köməkçi (İnventar qeydiyyatı üzrə)

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı  Baş ofis üzrə İnzibati köməkçi (İnventar qeydiyyatı üzrə) vəzifəsini elan edir.

 

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Poçt vasitə ilə daxil olan və göndərilən bütün məktubları qəbul etmək, qeydiyyata almaq.
  • Mövcud qaydalara əsasən, yeni əşyalar/avadanlıqlar alındığı zaman onları inventar siyahısına əlavə etmək, müvafiq filiala göndərilənədək saxlanmasını təmin etmək və köhnə və ya zədələnmiş əşyaları/avadanlıqları təlimata uyğun siyahıdan çixarmaq. Müvafiq identifikasiya nişanları tətbiq etmək və tam sənədləşməni həyata keçirmək.
  • Təşkilatının standartlarına əsasən dövri fiziki yoxlamalar keçirmək, hesabatlar hazırlamaq və təqdim etmək.
  • İnventar əşyaların/avadanlıqların bölüşdürülməsini, köçürülməsini və təyinatını layihə ehtiyaclarına uyğun şəkildə təşkil edərək bütün fəaliyyətin düzgün sənədləşdirildiyinə əmin olmaq.

Namizəddən gözləntilərimiz nələrdir?

  • Ali təhsil  (Bakalavr) istənilən sahədə
  • MS Office proqramları üzrə biliklər (MS Word, MS Excel, MS Outlook), məlumat daxiletmə və çapetmə bacarığı
  • Korporativ iş təcrübəsi ən azı 6 ay
  • Kargüzarlıq üzrə biliklər

Dil bilikləri 

  • Azərbaycan dilində səlis danışmaq qabiliyyəti,İngilis dili-orta.Rus dili arzuolunandır.

 Gözlənilən davranışlar

  • Yüksək şifahi ünsiyyət bacarığı
  • Dürüstlük
  • Detallara diqqət etmək bacarığı
  • Komanda ilə işləmək bacarığı
  • Vaxtı İdarəetmə bacarığı
  • Xidmətyönümlülük

Dil bilikləri 

  • Azərbaycan dilində səlis danışmaq qabiliyyəti,İngilis dili-orta.Rus dili arzuolunandır.

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda

müraciət etmək üçün âaşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın,  30 Noyabr, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 18 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.