Müraciət tarixi: 24/11/2022 - 09/12/2022

İş yeri: Ağdaş

Vəzifə: İnzibati Köməkçi

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı  tarixədək müddətdə AĞDAŞ FİLİALI üçün İNZİBATİ KÖMƏKÇİ vəzifəsinə işçi axtarışı elan edir.

 Rol haqqında

Bu vəzifəni icra edən, bir başa rəhbərinin rəhbərliyi altında təyinatı idarənin/ofisin davamlı fəaliyyət göstərməsini təmin etmək üçün məsuldur. İnzibati köməkçi ofisə gələn müştərilərin və digər şəxslərin qəbul edilmiş prosedurlara uyğun şəkildə düzgün qaydada qarşılanmasını və onlara diqqət göstərilməsinin təmin edilməsinə məsuldur.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • İşçi heyətini ofis avadanlıqları, təchizatı, kommunikasiya və digər vasitələrlə təmin etmək;
  • Kredit üçün müraciət edən müştərilərin müvafiq əməkdaşlara yönləndirilməsini təşkil etmək;
  • Filiallardakı kredit müqavilələrinin təşkilatın prosedur və təlimat tələblərinə uyğun olaraq hazırlanıb, Baş ofisə göndərilməsini təmin etmək;
  • Sənədlərin fiziki olaraq toplanmasını və tamlığını təşkil və təmin etmək;
  • Ofisin təhlükəsizlik işlərinin təşkilinə nəzarət etmək, qoyulmuş təhlükəsizlik qaydalarına və normalarına əməl edilməsini təmin etmək;
  • Tələb olunduqda təyinati FINCA Azerbaijan ofisinə gələn və ya oradan gedən heyət üzvləri və ya qonaqlar üçün lojistik işlərin təşkilini həyata keçirmək;
  • Region daxilindəki filial ofislərində müvafiq əməkdaşlar ilə əlaqəli şəkildə işləyərək həmin ofislərdə inzibati işlərlə bağlı məsələlərin həllinə dəstək göstərmək;
  • Tələb olduqda, gündəlik iş prosesində rəhbəri tərəfindən tapşırılan digər inzibati tapşırıqları yerinə yetirmək;

Namizəddən gözləntilərimiz

  • Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili
  • İnzibati işlər və ofis işlərinin tənzimlənməsində ən azı 1 illik iş təcrübəsinin olması
  • MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;
  • Xidmət yönümlü olmaq –həmkarlarına və ofisə müraciət edən şəxslərə aktiv şəkildə köməklik etməyə səy göstərmək
  • Yüksək keyfiyyətdə şifahi və yazılı ünsiyyət bacarığı, məlumatları effektiv şəkildə çatdırmaq üçün digərləri ilə danışmaq və əlaqə qurmaq qabiliyyəti
  • Əlaqələndirmə – öz fəaliyyətlərini digər əməkdaşların və kənar tərəfdaşların fəaliyyətləri ilə uyğunlaşdırmaq bacarığı
  • Təşkilat daxilində şəxslərarası məhsuldar ünsiyyəti qurmaq və qoruyub saxlamaq bacarığı
  • İşində düzgünlüyə və təfərrüatlara diqqət yetirmək
  • Müştərilərlə davranış etikası qaydalarına əməl etmək
  • Dil Bilikləri: Səlis Azərbaycan dili bilikləri, fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları;

 

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda

müraciət etmək üçün âaşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 09 Dekabr, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər nəzərə alınmaya bilər.

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 17 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir.

Onlayn Ərizə forması