Müraciət tarixi: 11/08/2022 - 25/08/2022

İş yeri: Gəncə

Vəzifə: İnzibati Köməkçi

Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Gəncə filialı üçün  İNZİBATİ KÖMƏKÇİ vəzifəsinə işçi axtarışı elan edir.

 Rol haqqında

Bu vəzifəni icra edən işçi filialın problemsiz işləməsini təmin etmək üçün məsul şəxs hesab edilir.

Filiala gələn şəxslərin qəbul edilmiş prosedurlara uyğun şəkildə düzgün qaydada qarşılanmasını və onlara diqqət və müvafiq xidmət göstərilməsini təşkil edir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Filiala yaxınlaşan müştəriləri və ya daxil olan zəngləri qəbul etmək və müvafiq sorğuları cavablandırmaq, uyğun heyət məsul şəxslərə yönləndirməni təmin etmək
  • Sənəd dövriyyəsini təmin etmək və uyğun qaydada nəzarət etmək
  • Filial inventarlarını şirkətin siyasət və prosedurlarına uyğun şəkildə saxlanılmasını təmin etmək
  • Tələb olunan hesabatların hazırlanması
  • Təşkilati tədbirlərin həyata keçirilməsində məsul şəxs olaraq aktiv koordinasiya işlərini icra etmək
  • Digər tapşırıq və işləri məsuliyyətlə yerinə yetirmək

 Namizəddən gözləntilərimiz

  • Təhsil: Tam Orta İxtisas Təhsilli (və ya Ali Təhsili davam edən və ya bitirmiş olan namizədlərə üstünlük veriləcək)
  • Təcrübə: müvafiq uyğun vəzifələrdə ən azı 6 ay iş təcrübəsi
  • MS Office (MS Word, MS Excel, MS Outlook) bilikləri
  • Fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq
  • Komanda ilə iş bacarığı
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq qabiliyyəti

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda müraciət etmək üçün aşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 24 Avqust, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 18 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.