Müraciət tarixi: 27/09/2022 - 07/10/2022
İş yeri: Baş ofis
Vəzifə: İnzibati köməkçi (Baş ofis üzrə)
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı İnzibati köməkçi (Baş ofis üzrə) vəzifəsini elan edir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- İnzibati Şöbənin Menecerinın rəhbərliyi altında təşkilatın lazımi qaydada işləməsini təmin etməkdə məsuldur;
- Poçt vasitə ilə daxil olan və göndərilən bütün məktübları qəbul etmək, qeydiyyata almaq.
- Ofisə gələn şəxslərin, qəbul edilmiş prosedurlara uyğun şəkildə, düzgün qaydada qarşılanmasını və onlara diqqət göstərilməsini təmin edəcəkdir;
- Kredit üçün müraciət edən şəxsləri müvafiq əməkdaşlara yönləndirilməsini təşkil edəcəkdir.
Namizəddən gözləntilərimiz
- Təhsil: Ali (Bakalavr) istənilən sahədə və ya Tam Orta Təhsilli (Kollec)
- Xidmət yönümlü – Aktiv şəkildə insanlara köməklik göstərməyə səy göstərmək
- Mövcud sahədə iş təcrübəsi;
- Yüksək şifahi ünsiyyət- məlumatları effektiv şəkildə çatdırmaq üçün digərləri ilə danışmaq bacarığı
- Karguzarlığa aid biliklərə sahib olmaq
- İşində düzgünlüyə və təfərrüatlara diqqət yetirəmək
- Komanda ilə işləmək bacarığı
- Vaxtı İdarəetmə bacarığı
Digər Bilik və Bacarıqlar:
- Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq qabiliyyəti, Rus dilini bilmək üstünlükdür
- MS Office proqramları üzrə biliklər (MS Word, MS Excel, MS Outlook), məlumat daxiletmə və çapetmə bacarığı
İş şəraiti:
- İş günləri: I-V günlər
- İş saatları: 16:30-20:00
Seçimlərdə növbəti addımlar
Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda
müraciət etmək üçün âaşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 06 Oktyabr, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!
Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.
“FINCA Azerbaijan” haqqında
“FINCA Azerbaijan” icma əsaslı 18 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.