Müraciət tarixi: 05/08/2022 - 12/08/2022

İş yeri: Bakı

Vəzifə: İnsan Resursları üzrə Təcrübəçi (Ödənişli)

Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı İnsan Resursları üzrə Təcrübəçi (Ödənişli) vəzifəsinə işçi axtarışı elan edir.

Rol haqqında

İnsan Resursları üzrə Təcrübəçi əsasən “FINCA Azerbaijan”-ın İnsan Resursları departamentinin Sənədləşmə, İşə Qəbul və Seçim və, həmçinin, Təlim və İnkişaf sahələrinə dəstək olacaq.

Buraya şəxsi faylların müəyyən edilmiş təlimat və prosedurlara uyğun olaraq qorunub saxlanılması və yenilənməsi, sənədlərin uyğun tərəflərə təsdiq imzalara verilməsi, namizədlərə zənglərin edilməsi, seçimlərə qatılacaq namizədlərin siyahısına nəzarət, uyğun hesabatların aparılması,          təlim və inkişaf formalarının uyğun şəkildə saxlanılmasına  və təlimlərin təşkilində dəstək funksiyaları aiddir.

Namizəddən gözləntilərimiz:

  • Ali Təhsil (Bakalavr dərəcəsi): Biznesin İdarə Edilməsi, Hüquq, Sosial Elmlər və ya əlaqəli sahə üzrə
  • İR üzrə Təcrübəçi/Könüllü və ya İR Administratoru, İşə Qəbul üzrə Kiçik Mütəxəssis və ya oxşar rollarda 2-4 ay iş təcrübəsi
  • İnsan Resurslarının İdarə Edilməsi prinsiplərininə məlumatlı olmaq
  • İnsan Resursları üzrə hər hansı kurs sertifikatları olan namizədlərə üstünlük veriləcək
  • Ofis proqramları (MS Office) və təqdimat proqramları (PowerPoint və s.) üzrə peşəkar təcrübə
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı
  • Bir neçə tapşırığın öhdəsindən gəlmək və verilənləri qiymətləndirmək və təhlil etmək bacarığı
  • Təsirli və yüksək Ünsiyyət (həm şifahi, həm də yazılı)
  • Vaxtın mükəmməl İdarə Edilməsi
  • Dil Bilikləri: Azərbaycan dili – səlist;

Rus dili və İngilis dili – üstünlük olaraq dəyərləndiriləcək

Seçimlərdə növbəti addımlar

Əgər bu vakansiya sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda müraciət etmək üçün aşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 12 Avqust, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 19 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.