Müraciət tarixi: 21/02/2022 - 27/02/2022

İş yeri: Baş ofis

Vəzifə: İnsan Resursları üzrə Mütəxəssis

Ən az 1 il iş təcrübəsi

Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı

İnsan Resursları üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.

Rol haqqında

İnsan Resursları üzrə Mütəxəssis Şəxsi Üçotun aparılması, İşçilərin Şəxsi İşlərinin Administrasiyası, və digər əlaqəli Sənədləşmələrin dəqiq və vaxtında işlənməsi, Personal fayllarının yerləşdirilməsi və HRIS-də İşçi məlumatlarının idarə edilməsi prosesləri daxil lakin bunlarla məhdudlaşmayan “FINCA Azerbaijan”-ın iş münasibətləri fəaliyyətinin səmərəli idarə olunmasını təmin edir.

“FINCA Azerbaijan” İşçi Güzəşt Proqramının idarə edilməsi və həmçinin İşçi Seçimi prosesinə dəstək İR üzrə Mütəxəssisin köməkçi öhdəlikləri olaraq hesab olunur.

 Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Sənədləşmə və Güzəşt Proqramının Administrasiyası
  • Bütün şəxsi faylların müəyyən edilmiş təlimat və prosedurlara uyğun olaraq qorunub saxlanılmasını və yenilənməsini təmin etmək
  • HRIS hesabatlarının tələb olunan qaydada müvafiq məhsul şəxslərə təqdim edilməsi daxil olmaqla İnsan Resursları İnformasiya Sisteminin (HRIS) idarə edilməsi
  • İşçilərin işdən azad edilməsi, yaxud İR-rı ilə bağlı digər çətinliklərin həlli üçün lazımi dəstəyin göstərilməsi
  • İşçi Güzəşt proqramının idarə olunmasına nəzarət etmək, təchizatçılar ilə əlaqəni təmin etmək və provayderlərin işçilərə keyfiyyətli xidmətlər göstərməsini təmin etmək
  • İşə Qəbul və Seçim
  • Namizədlərin Seçim və İşə Qəbul prosesləri ilə bağlı bütün fəaliyyətlərin, eləcə də qəbul edilmiş təlimat və prosedurlara əsasən icrasını effektiv şəkildə təmin etmək
  • HR Administrasiyası funksiyası ilə birlikdə bütün növ sənədlərin AR qanunvericiliyinə uyğunluğunu təmin etmək

  Namizəddən gözləntilərimiz

  • Biznesin İdarə Edilməsi, Hüquq, Sosial Elmlər və ya əlaqəli sahə üzrə Bakalavr dərəcəsi
  • İR üzrə Administrator, İşə Qəbul üzrə Mütəxəssis və ya oxşar rolda ən azı 1 il iş təcrübəsi
  • İnsan Resurslarının İdarə Edilməsi (HRM) prinsiplərininə bələd olmaq
  • Ofis proqramları (MS Office) və təqdimat proqramları (PowerPoint və s.) üzrə peşəkar təcrübə
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı
  • Bir neçə tapşırığın öhdəsindən gəlmək və verilənləri qiymətləndirmək və təhlil etmək bacarığı
  • Təsirli və yüksək Ünsiyyət (həm şifahi, həm də yazılı), Təqdimat bacarıqları
  • Vaxtın mükəmməl İdarə Edilməsi və Təşkilatçılıq bacarıqları
  • Dil Bilikləri: Azərbaycan dili – səlist; İngilis dili – Orta səviyyə;

Rus dili – üstünlük olaraq dəyərləndiriləcək

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda

müraciət etmək üçün âaşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 27 Fevral, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 19 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.