Müraciət tarixi: 02/02/2021 - 19/02/2021

İş yeri: Gəncə filialı

Vəzifə: GƏNCƏ FİLİALI üçün İNZİBATİ KÖMƏKÇİ

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazırda “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı GƏNCƏ FİLİALI üçün İNZİBATİ KÖMƏKÇİ vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Əsas Öhdəliklər

  • İnzibati rəhbərin və təyinatı xətti rəhbərin rəhbərliyi altında təyinati idarənin/ofisin problemsiz işləməsini təmin etmək üçün məsuldur;
  • Ofisə gələn şəxslərin qəbul edilmiş prosedurlara uyğun şəkildə düzgün qaydada qarşılanmasını və onlara diqqət göstərilməsini təmin edəcəkdir;
  • İşçi heyətini ofis avadanlıqları, təchizatı, kommunikasiya və digər vasitələrlə təmin edəcəkdir;
  • Kredit üçün müraciət edənləri müvafiq əməkdaşlara yönləndirilməsini təşkil edəcəkdir.
  • Filiallarda imzalanıb, elektronlaşdırılmış (skan) edilmiş kredit müqavilələrinin təşkilatın təlimat tələblərinə uyğun olaraq hazırlanıb, baş ofisə göndərilməsini təmin etmək.
  • Fiziki sənədlərin tam olaraq toplanmasını təşkil etmək, yaranmış çatışmamazlıqlar ilə bağlı icraçını məlumatlandırıb, sənədlərin fiziki olaraq tamlığını təşkil etmək
  • Ofisin təhlükəsizlik işlərinin təşkilinə nəzarət etmək və qoyulmuş təhlükəsizlik protokollarına əməl edilməsini təmin etmək;
  • Tələb olunduqda təyinati FINCA Azerbaijan ofisinə gələn və ya oradan gedən heyət üzvləri və ya qonaqlar üşün logistik işlərin təşkilini həyata keçirmək;
  • Lazım olduqda, gündəlik iş prosesində İnzibati və ya xətti rəhbər tərəfindən tapşırılan digər inzibati tapşırıqları yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar

  • Ali və ya orta təhsil
  • Microsoft ofis proqramları üzrə bilik (word və excel) və çap etmə bacarığı
  • Xidmət yönümlü – Aktiv şəkildə insanlara köməklik göstərməyə səy göstərmək
  • Yüksək şifahi ünsiyyət- məlumatları effektiv şəkildə çatdırmaq üçün digərləri ilə danışmaq bacarığı
  • Əlaqələndirmə – fəaliyyətləri digərlərinin fəaliyyətləri ilə uyğunlaşdırmaq
  • Ofisdaxili şəxslərarası ünsiyyəti qurmaq və qoruyub saxlamaq
  • Uyğun sahədə iş təcrübəsinin olması
  • İşində düzgünlüyə və təfərrüatlara diqqət yetirəmək

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 19 fevral 2021ci il tarixdən  gec olmamaq  şərtilə recruitment@fincaazerbaijan.com electron  ünvanına Subject/Mövzu  hissəsində  İnzibati Köməkçi (Gəncə filialı) qeyd  etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.