Müraciət tarixi: 30/07/2021 - 10/08/2021

İş yeri: Baş ofis

Vəzifə: Daxili Nəzarət İşçisi

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazrıda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Daxili Nəzarət İşçisi vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

BAŞLICA FƏALIYYƏTLƏR

  • Aparılacaq yoxlamaların planlaşdırılması: həftəlik olaraq detallı planlaşdırma və uzunmüddətli əhatəli planlaşdırma. Kredit portfeli illik plan əsasında yoxlanılmalıdır.
  • İşin gedişatı (planlaşdırma məqsədilə), araşdırma, və yoxlamaların təfsilatları barədə həftəlik hesabat hazırlamaq. Nəticələr barədə “Risk və Uyğunluğun” İdarə Edilməsi Departamentinin Rəhbərinə məlumat vermək.
  • Təlimat və qaydalara uyğunluğu təkmilləşdirmək üçün “Risk və Uyğunluğun” İdarə Edilməsi Departamentinin Rəhbərinə tövsiyələr vermək
  • Lazım olduqda daxili auditorlara kömək etmək
  • Toplanmış məlumatların, habelə hesabatların məxfiliyinin təmin edilməsi və müvafiq faylda saxlanılması
  • Şirkətin nəqliyyat vasitəsi ilə ölkə daxilində iş səyahəti
  • Bütün filiallara müşahidə səfərləri etmək və uyğunluq səviyyəsini müəyyən etmək üçün kreditvermə prosesini yoxlamaq
  • Hesabatların vaxtlı-vaxtında hazırlanması və “Risk və Uyğunluğun” İdarə Olunması Departamentin Rəhbərinə təqdim edilməsi.
  • Təlimat və prosedurların pozulmasını minimuma endirmək üçün keyfiyyətin yaxşılaşdırılması sahələrinin bir hissəsini həll etmək üçün işçilərin təlimatlandırılması.
  • Bütün kredit işçilərinin fəaliyyət və risklərini yoxlamaq
  • Bütün nəzarət qeydlərini qoruyub saxlamaq.
  • RCSA barədə Qiymətləndirmə aparmaq

TƏLƏBLƏR

  • Bakalavr Dərəcəsi – Biznesin İdarə Edilməsi, Maliyyə, İqtisadiyyat
  • Mikromaliyyə müəssisəsi və ya Bank sektorunda 2 il müvafiq iş təcrübəsi.
  • Mikromaliyyə və bank sektorunun prinsip və təcrübələri barədə dərin bilik.
  • Azərbaycan dili üzrə səlis bilik tələb olunur, İngilis dilini səlis bilmək üstünlükdür.
  • MS Office (Word, Excel, Outlook, Powerpoint)

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 10 avqust 2021ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində Daxili Nəzarət  İşçisi qeyd etməklə göndərə bilərsiniz.

 

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.