Müraciət tarixi: 16/01/2020 - 24/01/2020
İş yeri: Baku
Vəzifə: Data Analitikası üzrə Mütəxəssis
FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün Data Analitikası üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.
FINCA Azerbaijan maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.
Məqsəd:
Data Analtik data modellərini tərtib edəcək, dataları şərh edəcək, statistik metodlardan istifadə edərək nəticələri təhlil edəcək və qərar qəbul edənlərə dəstək olmaq üçün hesabatları vizuallaşdıracaqdır . Datanın təhlili ,datanın keyfiyyətini və data əldə etmək üçün data bazaları və data toplama strategiyalarını inkişaf etdirmək üçün İT-yə dəstək olacaqdır.
Data Analitikin vəzifələri daxildir:
- Datanı şərh etmək, statistik metodlardan istifadə edərək nəticələri təhlil etmək və Rəhbərliyə davamlı hesabatlar vermək;
- Əməliyyatların, kredit məhsulunun, marketinq texnikasının və biznes strategiyasının optimallaşdırılması və təkmilləşdirilməsi üçün şirkət data bazalarından datanı götürmək və təhlil etmək;
- Biznes tərəfdaşları ilə əməkdaşlıq edərək trendləri müəyyən etmək və performansı davamlı olaraq inkişaf etdirmək ;
- Data bazaları, data toplama sistemləri, data analitikası və statistik səmərəliliyi və keyfiyyəti optimallaşdıran digər strategiyaları inkişaf etdirmək və həyata keçirmək;
- Analitik sistemlərin qurulması üçün vacib olan dataları daxil etmək üçün data toplama prosedurlarının gücləndirilməsi;
- Biznes və data ehtiyaclarını prioritetləşdirmək üçün rəhbərliklə işləmək;
- Cari hesabatları saxlamaq və yeni hesabatlar yaratmaq. Data toplamaq və təhlilini yaxşılaşdırmaq üçün təkliflər vermək;
- Müəssisə rəhbərliyi tərəfindən verilən digər vəzifələri yerinə yetirmək bacarığı və istəyi
- Maraqlı tərəflərlə əməkdaşlıq etməklə təşkilatdakı datalardan yararlanaraq biznes həlləri üçün imkanları müəyyən etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Statistika, Riyaziyyat, İqtisadiyyat, Kompüter Elmləri və ya İnformasiya İdarəçiliyi üzrə bakalavr dərəcəsi.
- Dataların təhlili və statistik üsullar üçün R, Python, SAS, WPS, SQL kimi analitik vasitələrdən istifadə etmək təcrübəsi; MS Office (MS Word, MS Excel, MS Visio, MS Outlook) bilikləri;
- Mikro Maliyyə, Bankçılıq, Mobil Şəbəkə Əməliyyatçıları və ya digər maliyyə xidmətləri sahəsində iş təcrübəsi üstünlükdür .
- Diqqəti və dəqiqliyini nəzərə alaraq əhəmiyyətli miqdarda data toplamaq, təşkil etmək, təhlil etmək və yaymaq bacarığı ilə güclü analitik bacarıqlar;
Əla ünsiyyət (şifahi və yazılı) və təqdimat bacarıqları;
- Müxtəlif maraqlı tərəflərin iştirakı ilə eyni vaxtda bir çox layihəni idarə etmək və son müddət ərzində nəticələr vermək bacarığı.
- Komanda üzvləri ilə yüksək səviyyədə əməkdaşlıq və tez öyrənməyi bacarığı.
- Azərbaycan və ingilis dillərini mükəmməl bilmək,rus dili üstünlükdür.
- Vaxtın 15% -ə qədər səfər etmək imkanı.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 24 Yanvar 2020-ci il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində Data AnalitiK qeyd etməklə göndərə bilərsiniz.