Müraciət tarixi: 29/01/2020 - 14/01/2020
İş yeri: Biləsuvar
Vəzifə: BİLƏSUVAR OFİSİ üçün KREDİT YOXLANIŞI ÜZRƏ İŞÇİ
“FINCA Azerbaijan” QBKT BİLƏSUVAR OFİSİ üçün KREDİT YOXLANIŞI ÜZRƏ İŞÇİ (KYİ) vəzifəsinə işçi axtarışı elan edir.
ƏSAS ÖHDƏLİKLƏR
- Kredit Yoxlanışı üzrə İşçi, Ərazi üzrə Menecerin nəzarəti altında işləyərək kreditvermədən öncə təsdiq olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd olunan kritik məlumatların yoxlanışı və təsdiqedilməsi prosesinin yekunlaşdırılmasına görə cavabdehdir.
- Nağd pul vəsaitlərinin axını haqqında əsas mənbə sənədlərində qeyd olunan məlumatın MİS sisteminə daxil edildiyinə əmin olmaq və kredit müraciətlərininin həqiqiliyini və dəqiqliyini təmin etmək.
- Şirkət daxili və kənar məlumatların yoxlanışını edərək kreditə müraciət edən müştərinin Kredit Bürosunda və ya digər maliyyə institutları qarşısında hər hansı bir gecikməsinin olmamasına əmin olmaq.
- İşlərin gündəlik olaraq müvafiq Ərazi üzrə Menecerə göndərilməsini təmin etmək.
Tələblər:
- Ali təhsil, Mühasibatlıq/Maliyyə/İqtisadiyyat və ya oxşar sahlələrdə Bakalavr dərəcəsi
- Mikromaliyyə və ya bank sahəsində 1 il və ya daha çox iş təcrübəsi, kredit riski, kreditlərə nəzarət, tənzimləyici mühit və ya kommersiya kreditlərinin verilməsi sahələrində təcrübə arzuolunandır
- Danışıqların aparılması üzrə bacarıqlar
- Çox yaxşı ünsiyyət qurma bacarıqları
- Azərbaycan dilini səlis bilmək
- MS Office bilikləri
- Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması
Ərizələrin son qəbul tarixi 14 Fevral 2020-ci ildir.
Müraciət edənlər recruitment@fincaazerbaijan.com elektron ünvanına mövzu yerində KREDİT YOXLANIŞI ÜZRƏ İŞÇİ (BİLƏSUVAR) göstərməklə öz ərizə formalarını göndərə bilərlər. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!