Müraciət tarixi: 01/09/2020 - 21/09/2020
Vəzifə: BİLƏSUVAR FİLİALI üçün XADİMƏ
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BİLƏSUVAR FİLİALI üçün XADİMƏ vəzifəsinə işçi axtarışı elan edir.
“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.
ƏSAS ÖHDƏLİKLƏR
- FİNCA mülkiyyətinin qayğısına qalmaq;
- Gündəlik təmizlik və sanitariya işlərinin yerinə yetirilməsi;
- Mebel və avadanlıqların tozunun alınması, döşəmənin süpürülüb-silinməsi, qapı və pəncərələrin silinməsi və s.;
- İş yerində təmizliyin tələb olunan standartlara cavab verməsini təmin etmək;
- Aidiyyatı menecer tərəfindən verilmiş təmizlik işlərinə aid digər tapşırıqları yerinə yetirmək
Tələblər:
- Qeyd olunan vəzifədə ən azı 1 illik iş təcrübəsi;
- Dürüstlük, təmizkarlıq, ciddilik və məsuliyyətlilik;
- Kollektivdə işləmək və ünsiyyət qura bilmə bacarığı;
- Gigiyena qaydalarından xəbərdar olmaq;
- Aktiv və enerjili.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 21 Sentyabr 2020-ci il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində XADİMƏ (Biləsuvar) qeyd etməklə göndərə bilərsiniz.