Müraciət tarixi: 04/08/2020 - 01/09/2020
Vəzifə: BAŞ OFİSİ üçün SÜRÜCÜ
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün SÜRÜCÜ vəzifəsinə işçi axtarışı elan edir.
“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.
Tələblər:
- Şəxsi minik avtomobilinə malik olan;
- Bakı şəhərini və regionları yaxşı tanıyan;
- Etibarlı sürücülük vəsiqəsinə malik olan;
- Ən azı 10 il sürücülük təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq bacarığı
Əlavə məlumat:
- Ərizə formasında minik avtomobilinin buraxılış ili və markası mütləq göstərilməlidir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 14 avqust 2020-ci il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində SÜRÜCÜ (BAŞ OFİS) qeyd etməklə göndərə bilərsiniz.