Müraciət tarixi: 09/09/2019 - 30/09/2019
İş yeri: Bakı
Vəzifə: BAŞ OFİS üçün KİÇİK HÜQUQŞÜNAS
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün KİÇİK HÜQUQŞÜNAS vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrini, şikayətləri, vəsatətləri və digər sənədlərin hazırlamasına və məhkəmə işinin aparılmasına köməklik etmək;
- Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
- Təşkilatdaxili bütün sənədləşmə işlərinin, hüquqi rəylərin verilməsinin, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində Hüquqşünaslara dəstək göstərmək;
- Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları vaxtında icra etmək.
Tələblər:
- Hüquq üzrə bakalavr dərəcəsi;
- 1 ilədək rəsmi iş təcrübəsinin və ya könüllü kimi təcrübəsinin olması;
- Mülki, xüsusi ilə bank sahəsi üzrə qanunvericiliyi mükkəməl bilmək;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
- Rus və ya İngilis dilində orta danışıq və yazı qabiliyyətinə malik olmaq;
- Regionlara səfər etmək imkanına malik olmaq;
- MS Office proqramlarını yaxşı bilmək;
- Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 Sentyabr 2019-cu il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində KİÇİK HÜQUQŞÜNAS qeyd etməklə göndərə bilərsiniz.