Müraciət tarixi: 04/06/2021 - 15/06/2021
İş yeri: Baş ofis
Vəzifə: BAŞ OFİS üçün SÜRÜCÜ
“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.
Hal-hazırda “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİS üçün SÜRÜCÜ vəzifəsinə işçi axtarışı elan edir.
“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.
Tələblər
- Şəxsi minik avtomobilinə malik olan;
- Bakı şəhərini və regionları yaxşı tanıyan;
- Etibarlı sürücülük vəsiqəsinə malik olan;
- Ən azı 10 il sürücülük təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq bacarığı
Əlavə məlumat
- Ərizə formasında minik avtomobilinin buraxılış ili və markası mütləq göstərilməlidir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 15 iyun 2021–ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində Sürücü (Baş ofis) qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.