Müraciət tarixi: 27/05/2021 - 06/06/2021

İş yeri: Baş ofis

Vəzifə: BAŞ OFİS üçün Maliyyə Xidmətləri üzrə Supervayzer

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazrıda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİS üçün MALİYYƏ XİDMƏTLƏRİ ÜZRƏ SUPERVAYZER vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

BAŞLICA FƏALIYYƏTLƏR

  • Ödəniş kartlarının əməliyyatlarının idarə olunması və fasiləsiz kredit ödəmələrini təmin edilməsi;
  • Müştərilərin kart hesablarına köçürüləcək pul vəsaitlərinin mövcudluğunu təmin edilməsi və əsas hesabda balansı doldurmaq üçün, xəzinədarlıq şöbəsi ilə birlikdə fəaliyyətin göstərilməsi;
  • Baş Ofis və filiallarla sıx əməkdaşlıq etməklə, kreditlərin verilməsi üzrə ödəniş kartlarının əvvəlcədən müəyyən olunmuş tələbini təyin edilməsi;
  • Terminal şirkətləri ilə və ya banklarla, yaxşı əlaqələr qurmaqla, əməkdaşlıq edib, interfeysdə tələb olunan hər hansı bir düzəlişlərin uzlaşdırılması və ya hər hansı bir əməliyyat və ya proseslərdə dəyişikliyin edilməsi;
  • Odəniş kartlarının tələbnamələrinin hazırlanması, məlumatların yoxlanılması və pul vəsaitlərinin müştərinin kart hesabına köçürülməsi üçün kart emalı şirkətinin veb interfeysindən yüklənilməsi;
  • Plastik kartların siyahısını müəyyən olunmuş prosedura uyğun olaraq saxlaılması;
  • Terminallarla bağlı ciddi problemlərin həllində CRM ilə birgə işləmək. Filiallarda quraşdırılmış nağd pul terminallarının işələk olmasının təmin edilməsi, nasazlıq yarandığı halda, vendorlara xəbər edilməsi və sürətli şəkildə problemin həll edilməsi;
  • Terminal vasitəsilə nağd pul əməliyyatlarının idarə edilməsi və vəsaitin şirkətin hesabına vaxtında köçürülməsini təmin edilməsi;
  • Kredit ödənişləri üçün onlayn vasitələrin banklar və onlayn kanallarla idarə olunması;
  • Kreditvermə üzrə müxtəlif kanalların sxemlərinin yenilənməsi və ən son vəziyyətlə bağlı rəhbərlik və filiallarla hesabatın verilməsi;
  • Kreditlərin verilməsi üzrə əməliyyat statusu hesabatının hazırlanması və hər ay Şöbə Rəhbərinə təqdim olunması;
  • Debit/kredit tranzaksiyaları barədə hesabatların vaxtlı şəkildə Baş Ofisə təqdim olunması;
  • Şöbənin əməkdaşları üçün təlim tələblərinin qiymətləndirilməsi və potensialın artırılması planının hazırlanması;
  • Nağd pul əməliyyatları üzrə AR Mərkəzı Bankının uyğunluq qaydaları barədə daima yenilənmiş məlumatına sahib olunması və “FINCA Azərbaycan”ın hər zaman bu siyasətə uyğun olmasını təmin edilməsi;
  • Ölkənin siyasi/iqtisadi vəziyyətində baş verən dəyişiklikləri qiymətləndirmək və vəzifə üzrə mümkün təsirlərin öhdəsindən gəlmək üçün müvafiq tədbirlərin görülməsi barədə rəhbərliyə məlumat vermək.

TƏLƏBLƏR

  • İqtisadiyyat və ya İdarəetmə üzrə Magistr dərəcəsi
  • Maliyyə sektorunda minimum beş illik təcrübə
  • Tərəfdaşlarla əlaqələrin qurulması və əlaqələndirilməsi üzrə bacarıqlar
  • Azərbaycan, ingilis və rus dili bilikləri
  • Microsoft Office proqramları daxil olmaqla, əla səviyyədə kömpüter biliyi və bacarığı
  • Yüksək kommunikasiya və vaxtı idarəetmə bacarığı
  • Komanda ilə iş bacarığı

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 06 iyun 2021ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində Maliyyə Xidmətləri üzrə Supervayzer (Baş Ofis) qeyd etməklə göndərə bilərsiniz.

 

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.