Müraciət tarixi: 17/09/2020 - 24/09/2020
Vəzifə: Baş Ofis üçün Maliyyə Departamentinə təcrübəçi
“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.
Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofisi üçün Maliyyə Departamentinə təcrübəçi vəzifəsinə işçi axtarışı elan edir.
“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.
Əsas vəzifə və öhdəlikləri:
Maliyyə üzrə təcrübəçi Departamentin müəyyən funksiyaları üzrə Departament əməkdaşlarına aşağıdakı məsələlər üzrə dəstək olacaqdır.
- Hesabat sistemindən tələb olunan hesabatların çıxarılması
- Kartların sayılması, çeşidlənməsi və göndərilməsi
- Ödəniş sənədlərinin çeşidlənməsi və qovluqlara yığılması
- Müqavilələrin çeşidlənməsi
- Kreditorların/müqavilələrin siyahısının hazırlanması
- Maliyyə hesabatı cədvəllərinin tərtibatında iştirak etmək
- Departament əməkdaşları tərəfindən verilən digər hər hansı bir tapşırığı icra etmək
Tələblər:
- Ali təhsil (Mühasibatlıq/Maliyyə/Biznesın idarəedilməsi sahələrində)
- Şifahi və yazılı Azərbaycan dili bacarıqları
- İngilis dili bacarıqları
- MS Office proqramları ilə (xüsusən MS Excel) sərbəst işləmək bacarığı
- Analitik bacarıqlar, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı
- Yeni bilik və bacarıqların öyrənilməsinə hazır olmaq.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 24 Sentyabr 2020-ci il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində Maliyyə Departamentinə təcrübəçi qeyd etməklə göndərə bilərsiniz. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər.