Müraciət tarixi: 18/10/2021 - 23/10/2021
İş yeri: Baş ofis
Vəzifə: BAŞ OFİS üçün ARXİV İŞLƏRİ ÜZRƏ KÖMƏKÇİ
“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.
Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİS üçün ARXİV İŞLƏRİ ÜZRƏ KÖMƏKÇİ vəzifəsinə işçi axtarışı elan edir.
“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.
Əsas Öhdəliklər
“FINCA Azerbaijan” arxivinə və arxiv istifadəçilərinə birbaşa, ilkin xidmət göstərmək. Bundan başqa, arxiv daxilində müxtəlif köməkçi funksiyaları yerinə yetirməklə, əlaqədar xidmətlərə yardımçı olmaq.
Tələblər
- Ali və ya orta ixtisas təhsil;
- Azərbaycan dilində səlis danışmaq;
- Karguzarlığa aid ibtidai biliklər;
- MS Office proqramları üzrə biliklər (xüsusilə MS Excel) və çapetmə bacarığı;
- İşgüzarlıq və aktivlik;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- İş təcrübəsi mütləq deyildir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 23 oktyabr 2021–ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində Arxiv İşləri üzrə Köməkçi (Baş ofis) qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.